Bir həftə ərzində koronavirus rekord sayda insanın həyatına son qoyub.Cebhe.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.
Təşkilatın məlumatına görə, son 7 gündə (25-31 yanvarda) dünya üzrə 96 364 nəfər koronavirusdan vəfat edib. Bu isə bütün pandemiya ərzində ən yüksək göstəricidir.
Bununla belə, həmin həftədə koronavirusa təsdiqlənmiş yoluxma sayı 13 faiz azalıb. Bu rəqəm 7 gündə 3 686 110 nəfər təkil edib.
Ümumilikdə COVID-19 yayıldığı dövrdən bəri 2,2 milyon insanı öldürüb. Ən çox ölüm halları ABŞ-da qeydə alınıb.
Xəzər
Anaxeber.info