Türkiyəli ekspert: “Xankəndini istəyirsiniz? Bunu tezləşdirin!”

3-02-2021, 11:39   





Xocalı, Xankəndi, Xocavənd və Ağdərəyə geri dönüşün əsas yolu oranın demoqrafik strukturunu Azərbaycanın lehinə dəyişməkdir.

Anaxeber.info 
xəbər verir ki, bu sözləri türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib. Onun sözlərinə görə, bu, həm də erməni təxribatlarının qarşısını almağa yardımçı olacaq:

“Vaxtilə savaş zamanı bu bölgələrdən qaçqın və köçkün olaraq çıxan azərbaycanlı qardaşlarımızın yeni doğulan nəsillə birlikdə dövlətin dəstəkləyici siyasəti çərçivəsində oraya geri dönməsini tezləşdirmək lazımdır. Bu, ermənilərin hazırda oynadığı bütün oyunlara da son qoyacaq”, – deyə ekspert bildirib.(axar.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.