Pentaqon admiralından ŞOK XƏBƏRDARLIQ: “Nüvə müharibəsi başlaya bilər”

3-02-2021, 14:16   


Pentaqon admiralından ŞOK XƏBƏRDARLIQ: “Nüvə müharibəsi başlaya bilər”

"Rusiya və ya Çinlə nüvə müharibəsi başlaya bilər".
Cebhe.info xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Strateji Komandanlığının rəhbəri, admiral Çarlz Riçard çıxış edib. O, bu fikri Hərbi-Dəniz İnstitutunun rəsmi nəşri üçün yazdığı məqalədə bildirib. Məqalə fevralın ilk günü nəşr olunub.
Riçard qeyd edib ki, SSRİ dağıldıqdan bəri Pentaqon nüvə müharibəsi ehtimalına baxmağa zərurət görməyib, ancaq indi vəziyyət dəyişib: "Rusiya və ya Çinlə regional böhranın tez bir zamanda nüvə silahından istifadə ediləcəyi münaqişəyə çevrilmək imkanı realdır".
Admiralın sözlərinə görə, potensial rəqiblərin nüvə arsenalından istifadə qərarı verəcəyini istisna etmək olmaz:
“ABŞ terrorizmlə mübarizəyə diqqəti cəlb etdiyi dönəmdə Rusiya və Çin aqressiv siyasət aparır, “soyuq müharibə”dən sonra müşahidə olunmayan mesajlar verirlər. Bu hərəkətlər Vaşinqton tərəfindən cavabsız qalmamalıdır. Biz bu aqressiyanın qarşısını almaq üçün aktiv olmalıyıq. Onların təşəbbüslərini diqqətə almamaqla ABŞ-ın onlara cavab vermək arzusu və ya gücü olmadığı qənaəti yaranmasına risk edirik”.
Xəzər
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.