Yaşlıların peyvəndinə rendevu əngəli: “Onlar pensiyalarını bankomatdan rahat ala bilmirlər, bunu necə etsinlər?”- HƏKİM

3-02-2021, 14:19   


Yaşlıların peyvəndinə rendevu əngəli: “Onlar pensiyalarını bankomatdan rahat ala bilmirlər, bunu necə etsinlər?”- HƏKİM

Xəbər verdiyimiz kimi, ölkəmizdə 65 yaşdan yuxarı insanların COVID-19 əleyhinə peyvəndlənməsi prosesi başlayacaq.
Prosesdə iştirak etmək üçün ilk olaraq, vətəndaşlar randevu götürülməlidirlər.
Belə ki, vaksinasiya üçün yaradılan randevu.its.gov.az sistemindən 65 yaş və yuxarı olan, həmçinin, son 1 il ərzində COVID-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün vətəndaş şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və FİN məlumatını qeyd olunan elektron ünvana daxil edəcək. “Tibb müəssisəsi” bölməsindən vaksinasiya aparılan məntəqənin adını həm ünvana, həm də məntəqə adına görə axtarmaqla seçim edilir. Məntəqə seçimindən sonra peyvənd olunacaq tarix və saat seçilir, həmçinin məlumatlandırma üçün mobil nömrə qeyd olunur. Təsdiq etdikdən sonra mobil nömrəyə SMS vasitəsi ilə bildiriş göndərilir.
Məsələnin önəmli tərəfi isə 65 yaşdan yuxarı insanların bu elektron prosesləri necə edəcəkləridir. Doğrudur, bəzilərinin evində və ya ətrafında bu prosesləri həyata keçirə biləcək insanlar var.
Bəs köməyi olmayan, internetə çıxış imkanı və bacarığı olmayanlar nə etməlidir? Bu prosesin ərazilər üzrə poliklinikalara, sahə həkimlərinə təhkim olunması, yaxud ikili sistemlə həyata keçirilməsi daha məqsədəuyğun olmazdımı?
Cebhe.info-ya açıqlamasında ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev bildirib ki, bu, çox absurd bir qərardır:
“Əslində peyvəndi də yubadırlar. Fevralın 1-dən başlanmalı idi. Mənim də bir neçə qohumum gedib, peyvənd etməyiblər ki, hələ hazır deyil. Yanvarın 18-dən bu günədək artıq hazır olmalı idi. Yaşlı insanların qeydiyyatdan keçmə prosesi isə absurd məsələdir. Yaşlılar heç öz pensiyalarını bankomatdan rahat ala bilmirlər, kömək istəyirlər. Bunu necə etsinlər? Əslində heç bu qeydiyyata da ehtiyac yoxdur. Guya xəstəxanalarda sıxlıq var ki? Kimsə peyvəndə gedəndə qeydiyyata alırlar ki, xəbər edərik. Edin də, adam özü gəlib. Növbəti dalğa qorxusu var, dünyada virusun mutasiyaları yaranır. Üstəlik peyvəndin birinci dozasından sonra vaxt keçməlidir. Bunu yubatmaq olmaz, vaxt itirə bilmərik. Bu məsələni bir az ciddiyə alsınlar”.
Gülnarə Məmmədova
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.