"AZAL" rəhbəri Cahangir Əsgərovun Batumi şəhərindəki oteli

5-02-2021, 09:06   




Bu, "AZAL" rəhbəri Cahangir Əsgərovun Gürcüstanın Batumi şəhərindəki otelinin fotosudur. Onun Tiflisin mərkəzində də 2 ədəd iri oteli mövcuddur. Jurnalist Əfqan Muxtarlının bununla bağlı geniş araşdırması olmuşdu: 
- Otel "Grand Gloria" (Böyük Qələbə) adlanır. Gürcüstan Ədliyyə Nazirliyindən əldə olunmuş reyestr çıxarışına görə 31 milyon dollar investisiya dəyəri olan "GRAND GLORİA" oteli 2010-cu fevralın 16-da Tiflisin Krtsanisi rayonu, Gorgasali küçəsi 3 hüquqi ünvanında qeydiyyatdan keçmiş GLORİA LLC-nin mülkiyyətindədir.
- 168 otaqlı otelin 100-dən artıq personalı var. Gürcüstan hökumətinin ilk başdan Əsgərovlar ailəsi qarşısında qoyduğu şərtə görə, otelin tikintisi (200 nəfər işçi çalışıb) və idarəçiliyində işçilərin 90 faizi Gürcistan vətəndaşları olmalıdır. 
- Dünyanın ən bahalı aviaşirkətlərindən olan və regionda ən bahalı biletləri müştərilərinə satan AZAL hələ 2018-ci ili 208 milyon manat "zərərlə" başa vurub. Hər il dövlət büdcəsindən bu şirkətə külli-miqdarda dotasiya vəsaitlər ayrılır.
Həbib Müntəzir
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.