Koronavirusun yayılmasında külək böyük rol oynayır - Sosial məsafə yoluxmanın qarşısını tam almır

7-02-2021, 13:14   




Koronavirus pandemiyası zamanı qəbul olunmuş sosial məsafə qaydaları yoluxmanın qarşısının alınmasına təminat vermir. Kiprin Nikosiya Universitetini professorları Dimitris Drikakis və Talib Dbouk bu qənaətə gəlib.
Alimlər hesab edir ki, virusun yayılmasında hava amilləri, xüsusilə də külək böyük rol oynayır.
Drikakisin sözlərinə görə, 2 metrlik sosial məsafə qaydası yalnız tam küləksizlik şəraitində səmərəlidir. Bundan başqa, havanın temperaturu və rütubətlilik də virusun yayılmasında müəyyən rol oynayır. Mütəxəssislər təklif edir ki, epidemioloji modellər araşdırılarkən iqlim şərtləri də hava yolu ilə yoluxma indeksinə daxil edilməlidir./Anaxeber.info/
azpolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.