Ermənistanın ikinci prezidenti Robert Köçəryan “Sputnik” saytına verdiyi müsahibədə baş naziri Nikol Paşinyanı satqınlıqda suçlayıb.
O, mühraibənin gedişi və nəticələri ilə bağlı bir çox şübhəli məqamların olduğunu da söyləyib.
“Mən bu məsələdə iki məqamı qeyd etmək istərdim. Birincisi bu, iqtidarın konkret əməl və qərarların qəbul olunmasında təşkilati səriştəsizliyi ilə bağlıdır. Bu həmçinin müharibəyə qədər iqtisadiyyatın qurulması və digər prosesləri idarə etmək bacarığını da ehtiva edir. Bunlar həm təcrübələrinin çatışmadığıını, həm də ümumiyyətlə dövlət hakimiyyətinin necə işlədiyini bilmədiklərini açıqca göstərdilər. Yəni səriştəsizlik və biliksizlik səbəblərdən biridir”,-deyə Robert Köçəryan söyləyib.
Keçmiş prezident ikinci səbəbə müəmmalı sualla başlayıb: “Hazırda bu fikir erməni cəmiyyətində çox yayılıb. Bəlkə bu elə planlaşdırılmış məğlubiyyət olub?”
Robert Köçəryan bunun üçün öz “əsaslarını” çatdırıb.
“Mən müharibənin 3-cü günü Qarabağda oldum. Qarabağa doğru getdiyim yolda bizim maşın heç bir hərbi kolona rast gəlib, onu ötüb keçmədi. Mən orada bir həftə qaldıqdan sonra, yenə 3-4 günlüyə İrəvana qayıtdım və yenidən geri döndüm. Yəni 4 dəfə ora-bura gedişimdə nə hərbi kolon, nə hərbi yüklər, nə də şəxsi heyət gördüm. Bütün bunlar nədən xəbər verir. Müharibə təkcə hansısa əməlyyatlatlar planında mahir olmaq deyil, həm də resursları lazımi şəkildə konsentrasiyasıdır”,-deyə o söyləyib./Anaxeber.info/
Musavat.com