"İran "Böyük Turan" birliyinin yaradılmasından nartahatdır" - Gevorkyan

8-02-2021, 09:41   


Rəcəb Tayyib Ərdoğan -  Həsən RuhaniHəsən Ruhani və Rəcəb Tayyib Ərdoğan

"İran "Böyük Turan" birliyinin yaradılması perspektivlərindən çox narahatdır. Ona görə də Tehran Ankaraya qarşı gedərək Ermənistana və Azərbaycana təsirini artırmağa çalışacaq".

Bizimyol.info xəbər verir ki, bunu Ermənistan şərqşünası Karina Gevorkyan yerli mətbuata açıqlamasında bildirib.
Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan İran İslam Respublikasına səfərindən sonra gözlənilən dəmir yolu nəqliyyatına işarə edərək İran şirkətlərini Ermənistana investisiya qoymağa çağırıb. Qeyd edək ki, söhbət Naxçıvan ərazisindən keçən dəmiryol xəttindən gedir.
"Düşünürəm ki, İranda ən azı qeyri-ictimai sektorda çox qızğın bir müzakirə var. Bildiyim qədər, Türkiyənin Cənubi Qafqaz və Orta Asiyaya dərindən nüfuz etməsi Tehranı çox narahat edir. İranın təklif edəcəyi bir çox layihələr bu və ya digər şəkildə alternativ olacaq və Ankaranın bu bölgələrdəki mövqelərini gücləndirmək imkanlarını azaltmağa yönələcək",- deyə Gevorkyan ehtimal edib.
Onun sözlərinə görə, Ankaranın "Böyük Turan" yaratmaq planları Azərbaycanı mədəni və tarixi təsir dairəsinə qaytarmağa çalışan Tehran üçün narahatlıq yaradır və bu, tamamilə aydındır.
İran bölgə üçün strateji planları ciddi şəkildə müzakirə edir, indi bu mövzu daha da böyüyüb. Çox güman ki, İran hakimiyyəti təsir dairəsini itirməmək üçün qonşularına çox ciddi təkliflər hazırlayır: Ümumiyyətlə, iranlılar uzun müddət çəkişirlər, amma çətin danışıqlardan sonra "yolagedən" adamlardır və bir qayda olaraq müqavilələrə ciddi əməl edirlər. Eyni zamanda, onları başqa formata "itələməyə" çalışanları bəyənmirlər, suverenlik məsələlərinə diqqətlə yanaşırlar. Son aktiv əməliyyatlar fonunda İran Azərbaycanında ciddi "separatçı" meyllərin meydana çıxması da başqa bir məsələdir. İran səlahiyyətliləri və siyasətçilər daxili siyasi sahəni bu cür təhlükəli meyllərdən zərərsizləşdirmək vəzifəsi qoydular. Bildiyim qədər, son aylarda bu cür etiraz aksiyalarında fəal iştirak edən insanların tutulması baş verdi".
Ermənistan İqtisadiyyat Nazirliyi rəhbəri İrəvan və Tehranın 6 ay ərzində ticarət dövriyyəsini 2,5 dəfə artırmaq barədə razılığa gəldiklərini bildirib. Gevorkyan bu açıqlamanın siyasi xarakter daşıdığını söyləyib: "Digər tərəfdən, bu cür açıqlamalar düşünülmədən verilmir. Yəqin ki, ticarət həcminin artırılması perspektivləri yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də bölgə boyunca münasibətlər çərçivəsində müzakirə olunur".
Onun fikrincə, bu məsələlər ciddi şəkildə müzakirə olunur. Ticarətin həcmini artırmaq üçün şübhəsiz ki, perspektivlər var. Ancaq bu, Ermənistanın yenidən sənayeləşmə proqramını qəbul etməsindən sonra mümkün olacaq.
İlham Əliyev, Nikol Paşinyan İlham Əliyev, Nikol Paşinyan
Qeyd edək ki, İran-Ermənistan ticarət əlaqələrinin hazırda sürətlə böyüməsi mümkün deyil. Çünki iki ölkə arasında dəmiryol rabitəsi yoxdur, həmçinin avtomobil yolu da dağlıq ərazilərdən keçdiyinə görə ağır tonnajlı yük maşınları üçün əlverişsizdir. Baş nazir Nikol Paşinyan Azərbaycanla "sülh müqaviləsi"nin əhəmiyyətindən danışarkən məhz bu məqama diqqət yetirmiş və Naxçıvandan keçərək dəmir yolu vasitəsilə İrana çıxış əldə edəcəklərini bildirmişdi.
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.