“Qərb Rusiyanı Sovet İttifaqı kimi parçalamağa cəhdlər göstərməyə başlayıb”.Anaxeber.info xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.
Ekspert Qərbin müxalifət lideri Aleksey Navalnının həbsi ətrafında oyun oynadığını iddia edib:
“Qərb artıq müxalifət lideri Aleksey Navalnıya dəstəyini gizlətmir, onun hakimiyyətə gəlməsi üçün şərait yaratmağa çalışır. Qərbin burada bir sıra məqsədləri var. İlk növbədə, Rusiyanı zəiflətmək və iplərini öz əlinə almaq üçün müdafiə qabiliyyətini, iqtisadiyyatını, elmini, texnoloji inkişafını sarsıtmağa çalışır və Navalnıdan bu məqsədlə istifadə edir.
Ölkəmizin tarixində belə hal artıq baş verib. Buna görə də, bu gün Qərb Navalnının köməyi ilə Sovet İttifaqının dağılması ilə nəticələnən uğurlarını təkrarlamağı gözləyir.
SSRİ rəhbərliyi Qərbə doğru addımlamağa başladıqdan sonra onunla flört etməyə və əyilməyə başladı, nəticədə dünyadakı bütün mövqelərimiz itirildi, Sovet qoşunları Mərkəzi və Şərqi Avropa ölkələrindən, sonra Varşava Paktından çıxarıldı. İttifaqın özü isə dağıldı, ABŞ-ın müraciəti ilə ən müasir sovet silahları məhv edildi.
Ən qorxunc nümunə: 1987-ci ildə SSRİ və ABŞ Orta və Qısa Mənzilli Raketlərin ləğvi haqqında müqaviləni imzaladılar. Müqaviləni imzaladıqdan sonra Sovet rəhbərliyi amerikalılara misilsiz güzəştlər etdi, sazişin şərtlərinə uyğun olmayan ən müasir “Oka” raket sistemlərini ləğv etdi və müasir Rusiyada “İskəndər” adıyla dirçəldi”. (teleqraf.com)