Brejnevdən Putinə qalan milyonluq malikanə: Moskva- Kiyev qarşıdırmasının əsl səbəbi

10-02-2021, 16:58   


Brejnevdən Putinə qalan milyonluq malikanə: Moskva- Kiyev qarşıdırmasının əsl səbəbi

Müxalifət təmsilçisi Aleksey Navalnının komandasının Prezident Putinin Qara dəniz sahilində Gəlincikdəki malikanəsi barədə qalmaqallı filmindən sonra daha bir əmlak üzə çıxıb. Bu dəfə söhbət Krımda bağ evindən gedir.
Cebhe.info xəbər verir ki, "Dojd" telekanalı bu malikanə ilə bağlı reportaj hazırlayıb.
"Qlisiniya" adlandırılan bağ evi sovet dönəmində partiya komitəsi rəhbərlərinin istifadəsində olub. Bina 1955-ci ildə Nikita Xruşşovun rəhbərlik etdiyi dönəmdə tikilib. 2 mərtəbəli, 14 otaqdan ibarət olan malikanə 40 nəfərlik yemək otağı, banket zalı və xüsusi quraşdırılmış kamini var. Yalta yaxınlığındakı Oreanda qəsəbəsində yerləşir. Orada ən çox dincələn SSR rəhbəri kimi Leonid Brejnevin adı çəkilir.
Ötən ilin avqustunda malikanə- bağı evi satışa çıxarılıb. Alıcının adı açıqlanmayıb, ancaq onun bu daşınmaz əmlaka 1,2 milyard rubl verdiyi bildirilib. Bağla yanaşı, ona 12 ha torpaq sahəsi, 4 yataq korpusu, müalicə korpusu, 4 açıq və 1 bağlı hovuz, yay evi də təqdim olunub. Ümumu sahə 14,5 min kvmetrdir.
Telekanalın araşdırmasına görə, alıcı şirkət olan "Oreanda-12" Səhmdar Cəmiyyəti hərracdan cəmi 8 ay əvvəl qeydiyyatdan keçib. Onun baş direktoru Yanis Ermanisdir. Bağ evi məhz baş direktorun vəsaiti hesabına alınıb. Ermanisin Moskvada böyüdüyü, iqtisadçı ixtisasına yiyələndiyi, indi isə Vyetnam idman növü olan vin-şun-fat-za-kuenə görə şəxsi dərslər verdiyi məlumatı var. O, malikanəni aldığına dair xəbəri təkzib etməyib, ancaq başqa şərh verməkdən imtina edib.
2004-cü ildə isə VTB-nin malikanənin 15 milyon dollara satın almasna dair müqavilə bağladığı da üzə çıxıb. Ancaq bir il sonra Ukrayna Prezidenti Viktor Yuşenko müqavilənin ləğvini istəyib. Eks-prezident Leonid Kuçma "Maydandan sonra. Prezidentin qeydləri" kitabında yazır ki, bağ evi Putin üçün nəzərdə tutulub və bu, heç kəsdən gizli deyil.
Ali Radanın deputatı Gennadi Moksal isə hesab edir ki, Moska və Kiyev arasındakı gərginlik məhz həmin bağ evinə dair müqavilənin ləğvi səbəbindən başlayıb.
Bağın yerləşdiyi qəsəbənin sakinləri bildiriblər ki, ora son 5 ildə qonaq gəlməyib. Yaxınlıqdakı Kreml sanatoriyasının əməkdaşı isə ərazidə tikinti işləri aparıldığını deyib. Yaltadakı əmlak mütəxəssisləri, daşınmaz əmlak alqı-satqısıyla məşğul olan ofislər də ərazinin Puinin olduğunu bildirib.
Xəzər
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.