Abxaziyanı Ermənistana “birləşdirmək”... - Video

11-02-2021, 12:54   




11:25
Qriqoryanın bu bəyanatına ermənilər özü cavab verməlidir.
Bu sözləri Axar.az-a gürcü ekspert Gela Vasadze erməni diasporunun Rusiyadakı nümayəndəsi Norayr Qriqoryanın səsləndirdiyi iddialara cavab verərkən deyib.
Onun sözlərinə görə, bu açıq-aydın təxribatdır:
“Bu, yumşaq desək, bir qədər “qəribə” bəyanatdır. Cənab Qriqoryanın kimi təmsil etdiyini və kimisə ümumiyyətlə təmsil edib-etmədiyini bilmirəm, lakin əgər bu cür bəyanatların meydana gəlməsinin səbəbi kimi ruhi sağlamlıq problemini istisna etsək, ağla gələn yeganə məsələ təxribatdır. Bu təxribat, ilk növbədə, Abxaziyada yaşayan ermənilərə qarşı yönəlib. Düşünürəm ki, bu halda Qriqoryana elə onların özləri cavab verməlidir”.
Xatırladaq ki, erməni diasporunun Rusiyadakı nümayəndəsi Norayr Qriqoryanın paytaxtı Soçi və ya Adler şəhəri olan erməni muxtariyyətini əldə etmək, həmçinin bu ərazilərlə yanaşı sonradan Abxaziyanın da de-yure Ermənistana birləşəcəyinə dair paylaşımı gürcülərin hiddətinə səbəb olub.

  • Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.