Rusiya Laçın dəhlizi ilə bağlı suallara rəsmi cavab verib.
“Dağlıq Qarabağla Ermənistan arasında əlaqə Laçın dəhlizi vasitəsilə ilə həyata keçirilir. Bu barədə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr üçtərəfli bəyanatının 6-cı bəndində qeyd olunub. Bunu siz mənsiz də yaxşı bilirsiniz”.
Oxu24.com -un xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin Dağlıq Qarabağ ermənilərinin Ağdərə-Vardenis yolundan istifadəsi ilə bağlı sualına cavabında deyib.
M. Zaxarova erməni jurnalistə Dağlıq Qarabağla Ermənistan arasında əlaqənin Laçın dəhlizi vasitəsilə həyata keçirildiyini xatırladıb./Anaxeber.info/