Ötən həftədən başlayaraq Azərbaycandakı satış şəbəkələrində bir sıra əsas ərzaq məhsullarının qiymətində ciddi artım baş verib.Bahalaşma əsas ərzaq məhsullarını əhatə edir və orta hesabala 10-20%, bəzi məhsullarda isə 30%-ə qədər dəyişir. Bahalaşan malların siyahısına
«Azersun» şirkətinin istehsalı olan duru yuğlar başçılıq edir. 1 litrlik qarğıdalı yağının qiyməti 4 manatdan 5 manata yüksəlib (bahalaşma 25%).
«Azərsun»,
«Avrora» və digər şirkətlərin istehsalı olan qəndin qiyməti 1 kiloqram üçün 1,40 manatdan 1,60-1,70 manata yüksəlib (
bahalaşma 14-21%).
Şəkər tozunun qiyməti isə topdansatışdı 1 kiloqram üçün 92 qəpikdən 1,08 manata, pərakəndə satışda isə 1 manatdan 1,10 manata yüksəlib (
bahalaşma 10-17%).
«Avrora» şirkətinin topdansatdığı unun qiyməti 1 kiloqram üçün 1,15 manatdan 1,30 manata yüksəlib (
bahalaşma 13%).
Yumurtanın qiyməti 2-3 qəpik artaraq 15 qəpikdən 17,5 qəpiyə yüksəlib (
bahalaşma 13-20%)
Südün 1 litrinin qiyməti isə orta hesabla 10-15 qəpik yüksəlib (
bahalaşma 8-10%).
Natural meyvə şirələri də bahalaşan məhsullar sırasındadır. «Natura» və «Vita1000» markkalı meyvə şirələrinin qiyməti 1,34 manatdan 1,45 manata yüksəlib (
bahalaşma 8%).
Hətta
«Coca-Cola» içkisinin qiymətində də artım baş verib.
Baxmayaraq ki, bir qədər əvvəl suyun qiymətinin artımı şirə istehsalçılarına şamil edilməmişdi. Beləliklə, 2 litrlik «Coca-Cola»nın qiyməti 1,4 manatdan 1,5 manata yüksəlib (
bahalaşma 7%). /fed.az/
Anaxeber.info