Tbilisinin mərkəzində müxalifət və vətəndaş cəmiyyəti fəalları ilə polis arasında toqquşmalar baş verib.
Müxalifətçilər parlamentin qarşısındakı meydanda çadır qurmağa cəhd edirdilər.
Gürcüstan Daxili İşlər Nazirliyi AzadlıqRadiosuna deyib ki, fevralın 19-da “hakimiyyət nümayəndələrinin əmrlərinə tabe olmayan” 20 nəfər saxlanıb və onların qurmağa çalışdıqları çadır müsadirə olunub.
Müxalifət fəalları artıq bir neçə aydır ki, parlamentin yaxınlığında etiraz aksiyaları keçirirlər.
Onlar 31 oktyabr parlament seçkisinin nəticələrinin saxtalaşdırıldığını bildirirlər.
Bu da bildirilir ki, müxalifətdən seçilmiş deputatlar parlamenti boykot edir və mandatlarını götürmək istəmirlər.
Gürcüstanda yaranmış siyasi böhran fevralın 17-də ana müxalifət partiyası – Birləşmiş Milli Hərəkatın lideri
Nika Melia barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə daha da dərinləşib.
Müxalifət Meliaya qarşı işi “əcinnə ovu” adlandırıb.
Melia 2019-cu ilin antihökumət etirazları zamanı kütləvi iğtişaş törətməkdə ittiham olunur.
Əgər təqsirli bilinərsə, 41 yaşlı siyasətçini 9 il müddətinə həbsxana cəzası gözləyə bilər.
Həbs təxirə salınırYaranmış böhranla bağlı fevralın 18-də ölkənin baş naziri
Giorgi Qaxariya istefa verib. Onun postuna
İrakli Qaribaşvili nominasiya olunub.
Qaribaşvilinin namizədliyi parlamentdə təsdiqlənməlidir.
Qaxariyanın istefasından dərhal sonra Melia erkən parlament seçkisinin keçirilməsinə çağırıb.
Bu arada Gürcüstanın Daxili İşlər Nazirliyi Melianın həbsinin təxirə salındığına dair məlumat yayıb.
Fevralın 16-da Gürcüstan parlamenti Melianın deputat toxunulmazlığının ləğvinə səs verib.
Bu, onun məhkəməyə qədər həbs olunmasına imkan yaradıb.
Müxalifət liderinə qarşı məhkəmə onun zaminə buraxılmasının qiyməti 40 min lariyə (12 min dollar) qaldırıldıqdan sonra başlanıb. Melia bu pulu ödəməkdən imtina edib.
Zamin pulu Melia seçkidən sonra keçirilən aksiyalarda polis tərəfindən bağlanmış elektron müşahidə bilərziyini açdığına görə artırılıb.