ÇİN VƏ İNGİLTƏRƏYLƏ YAXINLAŞAN TÜRKİYƏYƏ QARŞI PKK SƏDDİ:Ankara Orta Asiya və Afrikada öz ssenariləriylə hərəkət etməlidir

20-02-2021, 18:40   

Ərgün Dilər
“Takvim”, Türkiyə, 19 fevral 2021-ci il
 
Bu torpaqların övladı olduğumuz üçün duyğusallıq hər zaman bir addım öndə olur. Ağıldan öncə qəlbimizi ortaya qoyaraq addım atırıq. Qara əməliyyatında da belə oldu. Əməliyyatla bağlı tənqid də, dəstək də yağdı. İstər PKK olsun, istər YPG, mənim üçün dəyişən bir şey yoxdur. Təşkilatın adı heç önəmli deyil. Bu ölkədə və ya bölgədə baş qaldıran bir təşkilat, atılan addımlara rəğmən, əgər ortadan qaldırılmırsa, işin arxasında xarici kəşfiyyat təşkilatları vardır. Bu, dəqiqdir.
Məncə, bunu Türkiyədən daha yaxşı sınaqdan çıxaran bir ölkə yoxdur. Biz isə bütün baş verənləri – hücumları, çevrilişləri, üsyanları, əməliyyatları sadəcə səhnəyə çıxan təşkilatların adları üzərindən dəyərləndiririk. Yalnış buradadır.
2016-cı ildə İngiltərə “Brexit” deyərək, Avropadan ayrıldı. Öz yolu ilə getdi. Eyni ildə Türkiyə də “Qiyam”la sarsıldı. Ankara da yeni bir yol tapdı. NATO-ABŞ xəttində olan Türkiyə vektor dəyişdirdi. Yaşadıqları bunu qaçılmaz etmişdi. Eyni ildə Trampın da hakimiyyətə gəlməsi bu yeni vektoru canlı tutdu. “İpək yolu” Londondan Ankaraya uzandı. Dünya və Türkiyə sürətlə dəyişdiyi bir halda, 1974-cü ildə qurulan bu terror təşkilatını hələ də stereotiplər əsasında dəyərləndirmək, diskussiya aparmaq heç rasional deyildir.
Öncəliklə qeyd edək ki, bir təşkilatın adı nə olursa olsun, Türkiyə kimi gücünü tarixdən alan bir ölkəni bölmə şansı “0” belə deyildir. Ola bilməz. Mümkün də deyil… Əgər PKK anladıldığı kimi, “Kürd ayrılma hərəkatı” olsaydı bütün kürdlərdən dəstək alardı. Ala bildimi? Xeyr. Əsla ala bilməz. Hətta kürdlər qorunma sistemi ilə birbaşa meydanda PKK ilə savaşdılar. Əsrlər boyu iç-içə yaşayan xalqlar buna nə izin, nə də razılıq – səs verər.
Ancaq bu təşkilat həyata keçirdiyi terror aktlarından sonra xarici kəşfiyyat xidmətləri tərəfindən ”tender” yolu ilə ələ keçirildi. ABŞ, Fransa, Almaniya, Rusiya, İran, İtaliya və Belçikanın da öz PKK-sı vardır. PKK ilə mübarizə aparan Türkiyə, əslində, nəhəng bir ittifaqla mübarizə edir. Türkiyə nə zaman regional güc olaraq önə çıxırsa, anında bu ittifaq PKK içindəki fərqli nöqtələrdən düyməyə basırKandilin zirvəsində bizə qarşı qurulmuş, demək olar ki, kiçik bir “BMT” vardır. Bu, heç sirr də deyil.
Avropa vaksin hazırlanması üçün, ya da 5G və 6G üçün 5 milyard avro ayırdı. Sənayelərinin ayaqda qala bilməsi üçün neft bölgələrində olmaq istəməzdilərmi? Əlbəttə, istəyərdilər. Məqsəd, PKK-nın dəstəklənməsi yolu ilə Türkiyənin zəiflədilməsidir. PKK vasitəsilə neft bölgəsilə qonşu olmaq istəyən bir Avropa vardır. Türkiyə kiçilməli, onlar da PKK vasitəsilə Ciddəyə qədər “suverenlik və nəzarət zonası” yaratmalıdırlar. Hədəf, PKK vasitəsilə qapı açmaqdır.
ABŞ da, rəqibləri Çin və Avropa nəzarət olunmayan güc halına gəlməsin deyə, bütün enerji yollarının öz radarında olmasını istəyir. Durum, təxminən, belədir.
Türkiyə hərbçisi, silahı ilə meydanda hər kəsə öz dediyini etdirə biləcək qədər güclü bir ölkədir. Doğrusu, bunu ən yaxşı bilən Qərbdir. Azərbaycanda, Qarada gördülər. Ancaq ABŞ-la Çin arasında gedən savaşa baxılarsa, adamların başqa motivlərdən də istifadə etdiyi görünər.
Məsələn, Çin Afrikada Böyük Səhra altında inanılmaz aktivlik göstərir. “Borc diplomatiyası” ilə ölkələri özünə bağlayır. Gülər üzlə gəlir, borc və texnologiya təklif edir, sonra da öz vətəndaşlarını gətirərək nəticə əldə etməyə çalışır. Konqo, Niger, Zambiya, Efiopiya, Cibuti və bir çox başqa ölkə borcla ələ keçirilməkdədir. Çin burada ABŞ və Dünya Bankının verdiyi kreditlərin cəmindən çox pul xərcləyir. ABŞ da indi buna qarşı olaraq, Çinlə ağıl və qəlbə gedən yollarla mübarizə aparmaq haqqında qərar verdi. Bura Hollivud, media, o cümlədən sosial media, ədəbiyyat və incəsənət də daxildir. Dünən açıqlanan rəqəmlərə görə, qlobal borclar pandemiya dövründə 24 trilyon dollar artaraq 281,5 trilyon dollara yüksəlibdirTarix bizə borclu olanın əmir alma ehtimalının olduğunu dəfələrlə göstərmişdir. Biriləri onların anadan əmdiyi südü burunlarından gətirəcəkdir. Borc bunun üçün verilir.
PKK/YPG, Avropa ilə ABŞ-ın İngiltərə və Çinlə yaxınlaşan Türkiyənin önünü kəsmək üçün yol verdiyi qurumlardır. Bu, təəccüblü bir şey də deyil. Gücü olan bunu edərdi. Biz də ağlımızı başımıza yığıb yeni bir metodla irəliləməliyik. Türkiyə lazım olduqda hər yerdə gücünü göstərir, savaşır. Nəticə də alır.
Ancaq məsələyə bir də fərqli yöndən baxaq. PKK ilə mübarizəyə 100 milyard dollar xərcləndimi? Xərcləndi. 30 min terrorçu öldürüldümü? Öldürüldü. Yəni, terrorçubaşına 3 milyon 300 min dollar pulumuz getdimi? Getdi. Bizi belə bahalı bir mübarizəyə sürükləyənlər birdən çox nəticə aldımı? Aldı. Həm zamanımız, həm pulumuz, həm də canlarımız getdi. Bu səbəblə, hücum hansı tərəfdən gəlirsə gəlsin, biz hərə kəsə inad Orta Asiyada və Afrikada olmalı, oyun qurmalıyıq. Çünki güc balansı burada qurulur. Əgər biz gücümüzü sərhədlərimizdən uzaqda da göstərərsək, problem kiçilər və coğrafiya dəyişdirər. Bunu ən yaxşı hücum edənlər anlayar…
Tərcümə Strateq.az-ındır
“Anaxeber.info”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.