İrəvan və Kremldən növbəti gediş: Rusiya bazası yerini dəyişəcək

22-02-2021, 14:06   


İrəvan və Kremldən növbəti gediş: Rusiya bazası yerini dəyişəcək

“Ermənistandakı Rusiya hərbi bazasının yerinin dəyişdirilməsi mümkündür. Hazırda bu istiqamətdə iki ölkə arasında müzakirələr aparılır”.
Cebhe.info xəbər verir ki, bunu “RİA Novosti"yə açıqlamasında Ermənistanı Müdafiə naziri Vaqarşak Arutunyan deyib.
Nazir bildirib ki, hazırda müzakirələr bazanın tərkibindəki birləşmələrdən birinin Ermənistanın şərqinə köçürülməsi istiqamətindədir.
Onun sözlərinə görə, Ermənistandakı Rusiya sərhədçiləri əlavə funskiyalar da icra edir:
"Rusiya sərhədçilərinə Ermənistanın Azərbaycanla sərhədinin qorunmasında əlavə funksiyalar verilib. Mən şübhə etmirəm ki, sərhəd xidməti sahəsində ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq effektini verəcək. Rusiya sərhədçiləri Ermənistanda öz funskiyalarını yüksək səviyyədə yerinə yetirəcəklər. Qarabağ münaqişəsinə qədər Rusiya və Ermənistan sərhədçiləri MDB sərhədlərinin qorunması və təhlükəsizliyin təminini həyata keçirirdi. İndi vəziyyət tam dəyişib".
Xəzər
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.