Kreml narahatlıqla Ermənistandakı situasiyanı izləyir.Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, Ermənistanda baş verənlərin ölkənin daxili işi olduğunu bildirib.
Peskov, həmçinin rəsmi İrəvanla Moskva arasında hələlik situasiya ilə bağlı heç bir kontaktın olmadığını, amma ehtiyac yaranacağı təqdirdə bunun operativ şəkildə təşkil ediləcəyini söyləyib./Anaxeber.info/