14:18 Ermənistan Baş naziri Nikol Paşinyan Respublika meydanında tərəfdarlarının qarşısına çıxıb. Axar.az xəbər verir ki, o, çıxışı zamanı ordunun xalq və baş nazirə tabe olduğunu bildirib. Paşinyan çevriliş cəhdinin idarəolunan olduğunu bildirib: “Hesab edirəm ki, bu, emosinonal reaksiyadır. Qardaşlarımıza sərt münasibət göstərməməliyik”. Qeyd edək ki, mitinq 16:00-a təyin edilsə də, Paşinyan tərəfdarlarını indidən meydana gəlməyə çağırmışdı. Paşinyanın aksiyasında indidən izdiham yaşanması diqqətləri cəlb edib... Anaxeber.info