ABŞ Dövlət Departamenti Ermənistandakı siyasi böhranla bağlı mövqeyini açıqlayıb. Departamentinin nümayəndəsi Ned Prays bildirib ki, Ermənistanda baş verənləddən xəbərdardırlar və situasiyanı diqqətlə izləyirlər. "Tərəfləri zorakılıq və gücdən istifadə etməkdən çəkinməyə çağırırıq. Biz bütün tərəflərə bildiririk ki, silahlı qüvvələr dövlətin daxili siyasətinə müdaxilə etməməlidir. Bu demokratik idarənin baza prinsipidir. ABŞ Ermənistanın demokratik proseslərini və institutlarını tam şəkildə dəsətkləyir. Biz Ermənistanın süverenliyini dəsətəkləyirik”, - deyə ABŞ rəsmisi qeyd edib.
Anaxeber.info