Gürcüstan müxalifəti parlament binasının qarşısında çadır qurub

28-02-2021, 09:13   

Gürcüstan müxalifəti və vətəndaş haqları fəalları paytaxt Tbilisinin mərkəzində parlament binasının qarşısında 10-dan çox çadır qurublar.
Fəallar fevralın 26-də polisin müxalifət partiyasının qərargahına reydinə və partiya liderinin həbsinə etiraz etmək məqsədilə Tbilisi küçələrində nümayişlər keçirəndən sonra gecəni çadırlarda keçiriblər.
Gürcüstan və NATO bayraqlarını dalğalandıran, şüarlar yazılmış plakatlar qaldıran etirazçılar siyasi məhbuslara azadlıq və parlamentin növbədənkənar seçkilərə getməsi üçün buraxılması tələbi ilə Tbilisidəki parlament binasının qarşısında toplaşıb.
Müxalifət tərəfdarları parlamentin qarşısında 11 çadır qurublar və tələbləri yerinə yetirilənə qədər etirazları davam etdirəcəklərinə söz veriblər.
Birləşmiş Milli Hərəkatın (ENM) lideri Zaal Udumaşvili fevralın 27-də müxbirlərə deyib ki, çadırlar “rejimə qarşı mübarizəmizin bir hissəsidir.”
Polis fəalları dağıtmayıb, ancaq onlara şəhərin əsas küçələrindən olan Rustaveli prospektində çadır qurmalarına qarşı xəbərdarlıq edib.
Etirazlara polisin fevralın 23-də Tbilisidə ENM-in qərargahına basqın etməsi olub. Basqın zamanı hərəkatın lideri Nika Melia və bir neçə fəal həbs olunub.
Polis reyd zamanı partiya liderləri ilə digər müxalif partiyaların nümayəndələrinin bir neçə gün boyu Melianı saxladığı ofisə kimyəvi maddə sıxıb və nəticədə ondan çox insan xəsarət alıb.
Polis Melianı 2019-cu ilin yayında hökumət əleyhinə etirazlarda zorakılığı təşviq etməkdə günahlandırır. Melia ona qarşı sürülən ittihamların siyasi motivli olduğunu söyləyərək rədd edib.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Senator Bob Menendez Almaniya, Litva, Estoniya, Latviya, Polşa və Çex Respublikasındakı həmkarlarına qoşularaq Gürcüstandakı “sabitliyi pozan və anti-demokratik əməllər”lə bağlı narahatlığını ifadə edib.
Amnesty International beynəlxalq insan haqları qrupu Melianı məhkəmə qarşısına çıxarmaq üçün ağır gücdən istifadəni narahatedici adlandırıb.
Sabiq Sovet İttifaq respublikası olan Gürcüstan ABŞ-ın yaxın müttəfiqidir və NATO ilə Avropa İttifaqına daxil olmaq istəyir, amma yaxın gələcəkdə hər hansı təşkilata üzv olacağı gözlənilmir.
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.