Bərdə rayon Mərkəzi Xəstəxanasında əmək qanunvericiliyi kobud şəkildə pozulub. Bu barədə
ANAXEBER.info-ya sözügedən xəstəxanada 14 il tibb bacısı işləmiş Reyhanə Xəlilova bildirib. Şikayətçi deyir ki, tibbi sığorta ilə bağlı ştat dəyişikliyi olanda xəbəri olmadan onu Sığortanın Təşkili və İnnovasiya Şöbəsinin Tibbi Sığorta bölməsinə mütəxəssiz vəzifəsinə təyin ediblər. “Bunu edən İnsan Resursları şöbəsinin müdiri Tahir Ələkbərovdur. Bölmənin rəhbəri isə Ülviyyə Əliyevadır. Bu adam orta təhsillidir. Diplomu yoxdur. Amma mən diplomlu ola-ola onun işçisiyəm. Bu da əmək qanunvericiliyinin kobud şəkildə pozulmasıdır”, - deyə Reyhanə Xəlilova əlavə edib. Reyhanə Xəlilova ötən il oktyabrın 27-də ermənilərin Bərdəyə atdığı raket nəticəsində həyatını itirən Aybəniz Əhmədovanın qızıdır.
ANAXEBER.info