Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...” - viedeo

5-03-2021, 10:48   




“25 ilin zabiti neft ölkəsində, qaz ölkəsində, milyardlar ölkəsində kirayədə yaşayırdı. Nəyə görə o kirayədə yaşamalı idi?! Onun atası xalq artisti- mən 40 ildir gör harada, bir mağarada yaşayıram. Bir gecədə 10 nəfər yatır burada.Mən bunu qəbul eləyə bilmirəm. Bəs o məmur, nazir, icra başçılarının balaları, millət vəkillərinin balaları... bəs onlar haradadırlar? Londonda, Amerikada, Avropada... Azərbaycanın var-dövləti onlardadır, amma torpağı xilas eləmək, düşməndən təmizləmək Rövşən kimi oğullara qalmışdı?!” – xalq artisti Əli Nur deyir.
Xalq artistinin oğlu Rövşən Nuruzadə noyabrın 6-da Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub
45 yaşlı ehtiyatda olan zabit könüllü olaraq Vətən Müharibəsinə qatılıb.
Rövşən Nuruzadə 1995-ci ildən başlayaraq 7 il Ağdamda hərbi hissədə bölük komandiri olub
Atası danışır ki, oğlu hələ 9-cu sinifdə oxuyanda 1-ci Qarabağ müharibəsində iştirak etməyə getmişdi.
Ağdamda texnikumda oxuduğunu desə də, 1 həftə sonra hərbçi mayor onu oxuduğu məktəbə təhvil verib
Valideyn deyir ki, oğlu bu tikilidə uşaqları və yoldaşı ilə kirayədə yaşayırdı. O, ailənin mənzillə təmin olunmasını istəyir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.