YAP-ın qurultayından verilən son məlumatlara görə, AMEA Prezidenti Ramiz Mehdiyev, deputat Siyavuş Novruzov, Prezidentin keçmiş köməkçisi Əli Həsənov, sabiq baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov, həmçinin Abel Məhərrəmov, Kərim Kərimov, Arif Rəhimzadə, Nurlana Əliyeva, Vaqif Əliyev, Yusif Hümbətov, Nizami Xudiyev partiyanın İdarə Heyətindən uzaqlaşdırılıb.***
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılan şəxslərin adları məlum olub. Bu barədə
"Report"a İdarə Heyətindən məlumat verib.
Bildirilib ki, İdarə Heyətinin keçmiş üzvləri Ramiz Mehdiyev və Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıblar.Ramiz Mehdiyev yeni yaradılan Veteranlar Şurasının üzvü seçilib.
Qeyd edək ki, Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanovadır.
***
PA-nın sabiq şöbə müdiri, Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri Əli Həsənov və sabiq baş nazirin müavini Əli Həsənov da İdarə heyətindən kənarlaşdırılıb.