YAP-ın İDARƏ HEYƏTİNDƏN ÇIXARILANLAR... - Mehdiyev, Həsənov, Abutalıbov... + TAM SİYAHI (Yenilənir)

5-03-2021, 14:17   




Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında partiyanın yeni İdarə Heyəti formalaşıb. YAP-ın qurultayından verilən son məlumatlara görə, bu şəxslər  İdarə Heyətindən uzaqlaşdırılıb:
1. Ramiz Mehdiyev - AMEA Prezident
2. Vaqif Əliyev - Mədəniyyət nazirinin I müavini
3. Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru
4. Akif Əlizadə - AMEA-nın sabiq prezidenti, Prezident yanında Bilik Fondunun Himayəçilik Şurasının sədr
5. Əli Həsənov - Prezidentin keçmiş köməkçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri
6. Əli Həsənov - Baş nazirin sabiq müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini
7. Yusif Hümbətov - "Azərsutikinti" Səhmdar Cəmiyyətinin sədri
8. Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdir
9. Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı
10. Abel Məhərrəmov – BDU-nun sabiq rektoru, akademik
11. Siyavuş Novruzov - Milli Məclisin Regional məsələlər komitəsinin sədri
 12. Hacıbala Abutalıbov - Baş nazirin sabiq müavini, təqaüdçü
Qeyd edək ki, əvvəllər 20 nəfərdən ibarət olan İdarə Heyətinin tərkibi 40 nəfərə qaldırılıb.
***
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılan şəxslərin adları məlum olub. Bu barədə "Report"a İdarə Heyətindən məlumat verib.
Bildirilib ki, İdarə Heyətinin keçmiş üzvləri Ramiz Mehdiyev və Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıblar.
Ramiz Mehdiyev yeni yaradılan Veteranlar Şurasının üzvü seçilib.
Qeyd edək ki, Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanovadır.
***
PA-nın sabiq şöbə müdiri, Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri Əli Həsənov və sabiq baş nazirin müavini Əli Həsənov da İdarə heyətindən kənarlaşdırılıb.
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.