“Putindən qorxuram” – Rus siyasətçidən ŞOK SÖZLƏR

6-03-2021, 15:38   
“Putindən qorxuram” – Rus siyasətçidən ŞOK SÖZLƏR
“Rusiya Prezidenti Vladimir Putindən qoxuram”.
Anaxeber.info xəbər verir ki, bunu rusiyalı müxalif siyasətçi Sergey Aleksaşenko CNN-ə müsahibəsində deyib.
O, həyati təhlükə qarşısında qaldığı üçün bir neçə il əvvəl Rusiyadan getdiyini bildirib:
“Qorxmadığımı desəm, yalan söyləmiş olaram. Rusiyanı 2014-cü ildə tərk etmişəm, çünki “hakimiyyətin düşməni” elan olunmuşdum. Əlbəttə, qorxuram. Amma bütün həyatım boyunca gizlənə bilmərəm. Özümü gizlədib həyatımı bu cür başa vurmaq niyyətində deyiləm. Belə bir şey etmək istəmirəm.
Aleksey Navalnı üçün də vəziyyət bu cürdür. Əgər Rusiyadan kənarda yaşasa, bir heç olacaq. Əlbəttə, qorxuruq, amma görməli olduğumuz işlər də var”.
Qeyd edək ki, Sergey Aleksaşenko yanvar ayında Moskvada həbs olunmuş müxalifət lideri Aleksey Navalnının tərəfdarlarından biridir.   /Teleqraf.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.