İngiltərə kraliça ailəsinin ürəyinə ˝saplanan bıçaq˝ - Meghan Markle və Harry-nin müsahibəsi

9-03-2021, 18:21   


Şahzadə Harry və Meghan MarkleŞƏKLİN MƏNBƏYİ,REUTERS

Sussex hersoqu şahzadə Harry və onun həyat yoldaşı Meghan Markle-ın məhşur amerikalı teleaparıcı Oprah Winfrey-ə verdikləri müsahibədə səsləndirdikləri iddialar İngiltərə sarayının ürəyinə

˝saplanan bıçaqdır," - BBC-nin saray müxbiri Jonny Dymond yazır.

2 saata yaxın davam etmiş müsahibəni Britaniya auditoriyası dünən axşam izləyib.

Cütlük müsahibələrində Böyük Britaniyanı tərk etmələrinin səbəbini açıqlayıb - Harry deyib ki, onun və həyat yoldaşının ölkəni tərk etmələrinin səbəblərinin "ən böyüyü" sarı mətbuatdan toplumun qalan hissəsinə süzülən irqçilik olub.



Sussex hersoqu və hersoginyasının Oprah Winfrey-ə verdikləri, çoxdan gözlənən müsahibələri öncə ABŞ-da yayımlanıb - cütlük Kral ailəsində həyat barədə fikirlərini bölüşüb.

Onlar Kral Ailəsinin digər üzvləri ilə münasibətlərindən, irqçilikdən və üzləşdikləri psixoloji problemlərdən danışıblar.

Oprah Winfrey müsahibənin böyük hissəsini Meghan ilə söhbətləşib və sonradan söhbətə Şahzadə Harry qoşulub.

Şahzadə Harry aparıcı Oprah Winfrey-ə Böyük Britaniyadakı sarı - tabloid mətbuatın nəzarət və qorxunun "zəhərli bir mühitini" yaratdığını söyləyib.

Redaktorlar Cəmiyyəti medianın təəssübkeş olmadığını və "zəngin və güclüləri" məsuliyyətə cəlb etdiyini bildirib.

BBC cütlüyün müsahibəsindən 12 əsas məqamı seçib.

1. "Meghan-ın körpəsinin dərisinin nə dərəcədə qara ola biləcəyi ilə bağlı müzakirələr"

Müsahibədəki ən böyük iddialardan biri, Kral ailəsində Meghan və Harry-nin körpəsinin nə dərəcədə qaradərili ola biləcəyi ilə bağlı "bir neçə söhbətin" baş verməsi olub.

"Hamilə olduğum aylarda o doğulanda dərisinin nə dərəcədə qara ola biləcəyinə dair narahatlıqlar və söhbətlər [olub]," - Meghan deyib.

Onun sözlərinə görə, söhbət Harry ilə olub və o bu söhbəti ona çatdırıb. Həm o, həm də Harry bunu kral ailəsindən kimin dediyini söyləməkdən imtina ediblər.

"O söhbəti mən heç vaxt paylaşmayacağam, - Harry deyib. - O zaman yersiz idi, bir az şoka düşmüşdüm".

Harry, eləcə də qeyd edib ki, "müstəmləkəçi alt mənalı" xəbər başlıqları və məqalələr barədə ailəsinin heç vaxt danışmaması ona toxunub.

Cütlüyün ilk övladı Archie 2019-cu ilin may ayında anadan olubŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,Cütlüyün ilk övladı Archie 2019-cu ilin may ayında anadan olub

2. Kate "Meghan-ı ağladıb" - əksinə deyil

Bir neçə il əvvəl qəzetlərdə yer alan bir əhvalatda bildirilib ki, Meghan toy ərəfəsində çiçəkli qız paltarı üstündə yaranmış mübahisə zamanı Cambridge Hersoginyasını ağladıb.

Meghan Oprah-a deyib ki, əslində bunun əksi olub.

"Toydan bir neçə gün əvvəl [Kate] çiçəkli qız geyimlərindən narazı olmuşdu və bu məni ağlatmışdı, - Meghan deyib. Onun sözlərinə görə, sonradan Kate üzr istəyib və aranı düzəltmək üçün gül və yazılı açıqça gətirib.

"Kate ilə əlaqədar bu əhvalatı onun haqqında qeybət etmək üçün paylaşmıram," - Meghan söyləyib. O, Kate-in "yaxşı insan" olduğunu və məqalələrdəki yalanın aradan qaldırılmasını istədiyini deyib.

Cambridge hersoginyası Catherine və Sussex hersoginiyası MeghanŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,Cambridge hersoginyası Catherine və Sussex hersoginiyası Meghan

3. Meghan intihar həddində olduğunu, lakin ona yardım edilmədiyini deyib

Meghan Kral Ailəsinə qatıldıqdan və sərbəstliyini itirdikdən sonra özünü necə tənha hiss etdiyindən danışıb.

"O ailəyə qoşulduğumdan sonra buraya gələnə qədər bir daha pasportumu, sürücülük vəsiqəmi, açarlarımı bir daha görmədim, hər şey alt-üst oldu," - o deyib.

Onun sözlərinə görə, psixoloji sağlamlığı o qədər pisləşmişdi ki, "daha yaşamaq istəmirdi".

"Təsisata kömək üçün müraciət etdim, dedim ki, əvvəllər heç vaxt özümü belə hiss etməmişəm, dedim ki, harasa gedib yardım istəməliyəm, lakin mənə deyildi ki, bunu edə bilmərəm, çünki təsisat üçün bu yaxşı olmayacaq".

O deyib ki, bu qurum daxilində "ən yüksək rütbəli adamlardan birinə" və sonra isə sarayın insan resursları şöbəsinə müraciət edib.

"Heç bir şey edilmədi," - Meghan əlavə edib.

4. Meghan Diananın dostlarından biri ilə danışıb

Şahzadə Diananın adı müsahibə boyu dəfələrlə hallanıb - Kral Ailəsinə mənsub olma təcrübələri arasındakı oxşarlıqlara görə.

"Kimə müraciət edəcəyimi də bilmirdim, - Meghan onun üçün çətin keçən dövr barədə deyib. - Müraciət etdiyim insanlardan biri, ərimin anasının dost və sirdaş olmaqda qalan ən yaxşı dostlarından biri olub".

"Çünki içəridə əslində nə baş verdiyini daha başqa kim anlaya bilərdi?"

5. Harry hesab edir ki, Charles onu "pis vəziyyətdə qoyub"

Oprah Harry-nin ailəsi ilə və xüsusən də atası Wales Şahzadəsi və qardaşı Cambridge Hersoqu ilə münasibətləriylə maraqlanıb.

Harry Kral Ailəsinin yüksək rütbəli üzvü statusundan imtina etməsindən sonra bir müddət ərzində Charles-ın onun "zənglərinə cavab vermədiyini" söyləyib.

"Həqiqətən məyus olmuşam, çünki o özü də bənzər vəziyyətdə olub, ağrının nə olduğunu bilir və Archie onun nəvəsidir".

"Ancaq, eyni zamanda, əlbəttə ki, onu həmişə sevəcəyəm, lakin çox inciklik baş verib və bu münasibətlərin bərpasını prioritetlərimdən birinə çevirməyə davam edəcəyəm".

William haqqında Harry deyib ki, onu lap çox istəyir və onlar birlikdə cəhənnəmdən keçiblər: "Ancaq yollarımız fərqlidir".

Şahzadə Harry və şahzadə Charles. 2019. AprelŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,Şahzadə Harry və şahzadə Charles. 2019. Aprel

6. Ancaq cütlüyün Kraliça ilə münasibəti yaxşıdır

Harry nənəsi ilə "həqiqətən yaxşı" münasibətlərinin olduğunu və Archie ilə video zənglər də daxil, onunla son bir ildə uzun illər ərzində olduğundan daha çox danışdığını söyləyib.

"O mənim fəxri komandanımdır, eləmi? Və həmişə də olacaq".

Meghan da Kraliçanı tərifləyib və cütlüyün nişanı münasibəti ilə ona bir neçə gözəl daş-qaş verdiyini və bir yerdə səyahət edərkən isinmək üçün yorğanını onunla bölüşdüyünü söyləyib.

Kraliça İkinci Elizabeth və ailəsiŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,Kraliça İkinci Elizabeth və ailəsi

7. Harry "maliyyə çəhətdən təcrid olunub"

2020-ci ilin ilk rübündə Harry deyib ki, ailəsi "sözün əsl mənasında onunla maliyyə əlaqəsini kəsib".

O deyib ki, Netflix və Spotify ilə onun və Meghan-ın şou və podkastlar hazırlamaq barədə bağladıqları sövdələşmələr heç vaxt əvvəlcədən planlaşdırılmayıb, lakin "o, onların təhlükəsizliyi barədə düşünməli idi".

"Ancaq məndə anamın mənim üçün ayırdığı var idi və onsuz bunu edə bilməyəcəkdik".

Cütlük bildirib ki, maliyyələri kəsildikdən sonra amerikalı milyarder və media maqnatı Tyler Perry Harry və Meghan keçən il Kanadadan Cənubi Kaliforniyaya köçdükləri zaman onları ev və təhlükəsizliklə təmin edib.

8. Fotoşəkllə bağlı həqiqət

Meghan deyib ki, Harry-ə intihar barədə fikirlərini söylədiyi günün axşamı onlar Royal Albert Hall-da rəsmi bir tədbirdə iştirak etməli idilər.

Meghan onun unuda bilmədiyi bir fotoşəkildən bəhs edib.

O deyib ki, bir dostu həmin şəklə baxdıqdan sonra ona söyləyib ki, onlar çox gözəl görünür, ancaq əlavə edib: "Bu şəkli böyütsən,onun barmaqlarının sənin barmaqlarını necə sıxdığını görmək olar," - Meghan hissə qapılaraq Oprah-a deyib.

"Biz gülümsəyirik və işimizi görürük, amma ikimiz də sadəcə, dözməyə çalışırdıq".

Hər dəfə zalda işıqlar keçirilən kimi sadəcə ağlayırdım".

"Bağlı qapılar arxasında kimsə ilə nəyinsə baş verdiyindən xəbərsizsiniz," - hersoginya deyibŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,"Bağlı qapılar arxasında kimsəylə nəyinsə baş verdiyindən xəbərsizsiniz," - hersoginya deyib

9. Meghan Kral Ailəsi ilə əlaqədar "heç bir araşdırma aparmayıb'

Kraliça ilə ilk görüşündən bəhs edən Meghan təzim etməli olduğunu biləndə çox təəccübləndiyini söyləyib.

O deyib ki, bunun yalnız mərasimlərdə baş verdiyini və Kral Ailəsi daxilində baş vermədiyini düşünürmüş.

Kraliça ilə bir nahar qabağı tez bir zamanda təzim etməyi öyrənməli olduğunu təsvir edib. "Ona dedim: "Bu sənin nənəndir," - Meghan bildirib. - O dedi: "Kraliçadır."

Meghan əlavə edib ki, nikahdan əvvəl ailə ilə bağlı heç bir araşdırma aparmayıb və görüşdüyü müddətdə əri ilə bağlı internetdə heç vaxt məlumat axtarışı etməyib.

10. Toylarından üç gün əvvəl bir-birinə and içiblər

Milyonlarla insan Harry və Meghan-ın 2018-ci ildə Windsor Qəsrində kəbinin kəsildiyini izləyib. Bu mərasim onların qanuni nikaha girdiyi vaxt keçirilib - ancaq cütlük üç gün əvvəl Canterbury arxiyepiskopu qarşısında bir-birinə and içdiklərini də açıqlayıb.

"Arxiyepiskopu çağırdıq və dedik, "bu tamaşa dünya üçündür, amma biz aramızdakı nikahımızı özümüz üçün keçirmək istəyirik... sadəcə, yalnız ikimiz üçün, öz həyətimizdə," - Meghan deyib.

11. Archie-nin ən xoşladığı ifadə "ehtiyatlı sür" ifadəsidir.

Harry Archie haqqında və onu velosiped gəzintisinə çıxarmaqdan həzz aldığından danışıb. Verilişdə valideynləri ilə çimərlikdə oynayan körpənin bir videosu da yer alıb.

Cütlük zarafatla bildirib ki, son bir neçə həftə ərzində körpənin ən sevimli sözü "hidrat" sözü olub, Harry isə deyib ki, kimsə evdən çıxanda Archie ona "ehtiyatlı sür" deyir.

Archie-nin may ayında iki yaşı olacaqŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,Archie-nin may ayında iki yaşı olacaq

12. Və ... o, qızdır

Cütlük yayda qız körpəsini gözlədiyni təsdiqləyib.

Harry bunun "heyrətamiz" olduğunu söylədi və əlavə edib: "Bundan artıq nə istəmək olar?" - ancaq qeyd edib ki, ikinci uşaq doğulandan sonra onlar bununla kifayətlənəcəklər.

Müsahibənin sonunda Oprah Meghan-dan soruşub ki, Şahzadə Harry ilə xoşbəxtlik tapıbmı.

"İndiyə qədər oxunan bütün nağıllardan daha böyüyünü..." - o cavab verib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.