Koronavirusa tutulan Suriya diktatoru Bəşər Əsəd və həyat yoldaşı Əsma Əsəd xüsusi təyyarə ilə təcili Rusiyanın paytaxtı Moskvaya aparılıb.
Avropa.info xəbər verir ki, bu haqda Suriyadakı rus hərbi birləşmələrinin sözçüsü Aleksandr İvanov məlumat yayıb.
"Suriya prezidenti Bəşər Əsəd koronavirusa tutulmasının ardından müalicə üçün Moskvaya gəldi. Doktorlarımız təcili müdaxilələr etdi. Bəşər Əsəd hələ də müalicə altındadır, sağalmasını diləyirik", deyə İvanov bildirib.
Qeyd edək ki, Bəşər Əsədin süni tənəffüz aparatına qoşulduğu qeyd olunur. Bir müddət öncə xərçəng xəstəliyinə tutulan Əsma Əsəd isə sağalmışdı.
Anaxeber.info