Böyük Britaniya parlamenti hesabat yaydı "RUSİYA ORDUSU İLƏ TOQQUŞMA OLARSA, ŞANSIMIZ..."

15-03-2021, 07:47   



Böyük Britaniyanın İcmalar palatası (parlament-red.) ölkə ordusunun Rusiya ilə toqquşması halında şanslarını mənfi qiymətləndirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı parlamentin Müdafiə üzrə komitəsində müvafiq hesabat da dərc edilib. Komitə hökumətdən dərhal ordunun yenidən silahlandırılmasını tələb edib.
“Rusiyanın 2014-cü ildə Ukraynaya soxulması onu göstərdi ki, NATO və Böyük Britaniya hələ də mühüm sayda zirehli tank qüvvələrini saxlayan və ordusunu artan templə gücləndirən bir dövlət tərəfindən potensial təhlükə ilə üz-üzədir. Əgər Britaniya ordusu bu gün Şərqi Avropada Rusiya kimi düşmənlə qarşılaşsaydı, o zaman bizim əgərlər rüsvaycasına köhnəlmiş zirehli texnika ilə döyüşə gedəcəkdilər. Üstəlik onları həm silahların, həm raketlərin, həm də artilleriya sistemlərinin sayına görə qat-qat üstələyən düşmən gözləyərdi”,-deyə hesabatda bildirilir.
Sənəd müəlliflərinin fikrincə, 1980-ci llərin sonunda soyuq savaş bitdikdən sonra Böyük Britaniya ordusunun hərbi hissələrində azalma və köhnəlmə müşahidə olunur. Onların rəyinə əsasən, bəzi silah növlərinin azaldılması ilə bağlı tələsik qərarlar qəbul edilib. Xüsusilə yerli “Challenger-2” tankları və “Warrior” piyada döyüş maşınlarında ümumiyyətlə heç bir yeniləndirmə işləri aparılmayıb. Bütün bunlarla birlikdə 2015-ci ildən bu yana orduda aparılan ştatların kiçildilməsi siyasəti də sərt tənqidə məruz qoyulub.
Sənəddə 1990-cı illərdə 1200 tanka malik olan Böyük Britaniya ordusunun hazırda əlində sadəcə 227 tankın qaldığı vurğulanıb. Üstəlik qalan döyüş maşınlarının modernizasiyaya ehtiyacı var.
Komitənin hesabatında orduda son illərdə əsasən kiberhücumlardan müdafiə sisteminə daha çox diqqət ayrıldığını, ənənəvi silahların inkişafı işi ilə daha az məşğul olunduğu qeyd edilib.
“Təəccüblüdür ki, 1997-2020-ci ildəki dövrlər ərzində Müdafiə departamenti az sayda “Viking” tipli zirehli maşınlar xaric, bir dənə olsun zirehli texnikanın istehsalı ilə bağlı proqram ortaya qoymayıb”,-deyə hesabatda yazılıb.
 
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.