Ermənistanın yeni Baş Qərargah rəisi bəyanat yaydı

22-03-2021, 14:09   




Silahlı qüvvələr siyasi məsələlərdə neytrallığını qoruyub saxlayacaq.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş Qərargahının yeni rəisi Artak Davtyan yaydığı bəyanatda bildirib.
O deyib ki, silahlı qüvvələr qarşısına qoyulan tapşırığı yerinə yetirəcək və Ermənistanın təhlükəsizliyini təmin edəcək.
O, Baş Qərargahın Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanatından sonra situasiyanın ordu rəhbərliyində həll edildiyini, prosesin qanuni müstəviyə keçdiyini vurğulayıb:
“Ermənistan silahlı qüvvələri, Konstitusiyaya uyğun olaraq hökumətə tabedir və siyasi məsələlərdə neytrallığını saxlayır, təhlükəsizliyi, Ermənistanın ərazi bütövlüyünü və toxunulmazlığını təmin edir”.
Qeyd edək ki, bu gün Nikol Paşinyan Artak Davtyanın artıq Baş Qərargah rəisi vəzifəsinin icrasına başladığını bildirib.
Davtyan 24 may 2018-ci ildən Baş Qərargah rəisi vəzifəsinə təyin edilmişdi. Lakin koronavirus məhdudiyyəti zamanı oğluna toy etdiyi üçün vəzifəsindən azad edilmişdi.
Baş Qərargahın Paşinyana qarşı son bəyanatından sonra Baş nazir Davtyanı yenidən bu vəzifəyə təyin edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.