Azərbaycana qarşı təhlükəli plan: Qarabağ ermənilərinə Rusiya pasportu verilir?

27-03-2021, 14:12   


Azərbaycana qarşı təhlükəli plan: Qarabağ ermənilərinə Rusiya pasportu verilir?

“Rusiya sülhməramlı qüvvələri Qarabağda erməni separatizmini açıq şəkildə dəstəkləyir”.
Cebhe.info-nun xəbərinə görə, bu barədə Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib:
“Görünür, Rusiya kiçik bir ərazidə separatizmi körükləməklə, regionda qalıcı statusunu möhkəmləndirməyə çalışır. Rusiyanın burada separatçıların sturukturları ilə əməkdaşlığı, birgə növbətçiliyi konkret olaraq Azərbaycanın suvernliyinə təhdiddir. Qarabağda erməni separatizminin qalması və Moskvanın 10 noyabr Bəyannaməsindən irəli gələn bəndləri yerinə yetirməməsi, Ermənistanla sülh müqaviləsinin bağlanmasını mümkünsüz edir. Moskva açıq və gizli şəkildə Qarabağda məsuliyyət zonasında regionda dəyişən geosiyasi proseslər fonunda destablizasiyaya xidmət edəcək. Bunun qarşısını almaq üçün Azərbaycan ilk növbədə Rusiyaya etiraz etməlidir.
Erməni separatçılar Rusiyanın yardımı ilə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı fəaliyyətə keçib, həyəcan təbili çalınmasını labüd edir. Qarabağda separatçıların rus dilini "rəsmi dil" elan etməsi, hər ay Putinin Qarabağla bağlı Təhlükəsizlik Şurasının iclasını keçirməsi göstərir ki, Moskvanın əsas planı regionda dəyişən şərtlər fonunda Qarabağdakı ermənilərə pasport verməklə, referendum keçirməkdir”.
Politoloq bildirir ki, Azərbaycana qarşı təhlükəli plan var:
“Azərbaycan belə bir təhlükənin qarşısını alacaq gücdədir. Təbii ki, bu prosesdə Türkiyədə Azərbaycanın yanındadır. Yalnız hərbi imkanları inkişaf etdirib, belə bir təhdidin qarşısını almaq olar. Prezident İlham Əliyev Azərbaycan Ordsunun Türkiyə modelinə uyğun qurması, tərəfdaş ölkələrlə yeni silah alışı müqavilələr bağlaması, məhz belə bir planların qarşını almağa yönəlib.
Rusiya MDB məkanında separatizm və işğal faktoruna üstünlük verib, Qərbin regionda iştirakını qarşını alır. Şərqi Avropada, Donbass, Qara dəniz periferiyasında Krım, Moldovada Dnestryanı, Cənubi Qafqazda, Abxaziya, Cənubi Osetiya və Qarabağda öz ordusu ilə təmsil olunması buna əsaslanır.
Növbəti həmlə Qazaxıstanın şimal əraziləridir. Qarabağda Azərbaycan və Türkiyə Rusiyanın hazırkı planın qarşısını alacaqsa, Rusiyanın digər münaqişə zonalarında təsiri zəifləyəcək”.
Xatirə
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.