Müharibə söhbətləri yenidən qızışdı “BELƏ OLANDA SÜLHMƏRAMLI QÜVVƏLƏR YERİDİLƏCƏK...”

30-03-2021, 14:28   


Ukraynanın şərqində-Donbassda vəziyyət gərginləşməkdə davam edir və irimiqyaslı müharibə söhbətləri yenidən qızışır. Son günlər təmas xətti boyu atəşkəs hər gün pozulur, tərəflər tez-tez ağır artilleriyadan istifadə edirlər.
Ukrayna silahlı qüvvələrinin Baş qərargah rəisi Ruslan Xomçak “Gordon” nəşrinə müsahibəsində deyib ki, Kiyev ölkənin şərqində istənilən hərəkət variantlarını nəzərdən keçirir, o cümlədən hücum əməliyyatlarını. Onun sözlərinə görə, Ukrayna ordusu ilk növbədə mənəvi baxımdan hazırdır və hücuma hazırlaşır. Digər tərəfdən, ordunun döyüş təcrübəsi var. 

Xomçak əlavə edib ki, irimiqyaslı döyüş əməliyyatları başlasa “olduqca çox mülki yerli sakin” həlak olacaq.
Rusiya Dövlət Dumasının müdafiə məsələləri komitəsinin sədr müavini Aleksandr Şerin hesab edir ki, əgər Ukrayna ordusu Donbasa hücuma başlasa o zaman situasiya Qarabağ ssenarisi üzrə cərəyan edə bilər.
“O zaman toqquşmaların dayandırılması üçün regiona beynəlxalq kontingent yeridiləcək. Ora təkcə Rusiya qoşunları yeritməyəcəklər. Ukrayna ərazisindən Rostova əl qumbarası atmaq məsafəsində isə amerikalı əsgərlər dayanacaqlar”,-Şerin deyib.

Onun fikrincə, əgər Rusiya münaqişəyə birbaşa qarışsa və öz qoşunlarını Donbassa yeritsə o zaman Ukrayna ordusunu tamamilə darmadağın edilmək təhlükəsi gözləyir.
“Mən bilmirəm Rusiya ordusu hansı kontekstdə müdaxilə edəcək. Müxtəlif cür etmək olar-Ukrayna ordusu üçün “katyol” təşkil etmək, yaxud Ukrayna ordusunun mövcudluğuna son qoymaq. Yeni ordu qurmaq üçün isə sonradan illər lazım olacaq”,-Rusiya Dövlət Dumasının komitə sədrinin müavini qeyd edib.
 virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.