ABŞ Rusiyanın Ukrayna sərhədinə ‘qoşun cəmləşdirməsindən’ narahatdır

1-04-2021, 09:09   


Birləşmiş Ştatlar onun təbirincə deyilərsə, Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzündən narahatlıq ifadə edib.
Bundan əvvəl Rusiya qoşunlarının Ukryana sərhədi boyunca və Krımda cəmləşdirilməsinə dair xəbərlər yayılmışdı.
Martın 31-də ABŞ dövlət katibi Entoni Blinken ukraynalı həmkarı Dmitro Kuleba ilə telefonla danışıb.
ABŞ Birləşmiş Qərargahlar Komitəsinin sədri general Mark Mili isə Rusiya və Ukraynanın hərbi komandanlarına zəng edib.
Dövlət Departamenti bildirir ki, Blinken “Rusiyanın davam etməkdə olan təcavüzü ilə üzləşmiş Ukraynaya ABŞ-ın tam dəstəyini bir daha ifadə edib və şərqi Ukraynada yaranmış təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıq bidlirib”.
Pentaqon vəziyyətdən xəbərdardır
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kerbi deyib ki, Pentaqon Ukrayna hərbiyyəsinin Rusiya qoşunlarının sərhəd boyunca hərəkətləri barədə məlumatından xəbərdardır:
"Rusiyanın sabitsizləşdirici hərəkətləri ATƏT-in vasitəşiliyi ilə ötən ilin yayında əldə olunmuş sazişə uyğun olaraq de-eskalasiya niyyətlərini sarsıdır. Biz gərginliyin artması, atəşkəsin pozulması və NATO müttəfiqləri ilə regional gərginliklə bağlı narahtlığımızı müzakirə edirik”.
ATƏT-in Ukraynadakı mülki Xüsusi Monitorinq Missiyası son günlərdə atəşkəsin yüzlərlə dəfə pozulmasını qeydə alıb.
Martın 26-da ölkənin şərqində 4 Ukrayna əsgəri həlak olub.
Kiyev onların Rusiya tərəfindən minaatanlardan atəşə tutulduğunu bildirib.
Rusiya Ukraynada qoşunlarının olduğunu israrla inkar edir.
General Mili martın 31-də Rusiya silahlı qüvvələri baş qərargahının rəisi general Valeri Gerasimovla və onun ukraynalı həmkarı Ruslan Xomçakla danışıb.
Xomçak martın 30-da Ukrayna parlamentində etdiyi çıxışda demişdi ki, Rusiya hərbi təlim adı altında Ukrayna sərhədləri yaxınlığına qoşun cəmləşdirir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.