İcra başçısından Bərdə terrorunda yaralanan sakinə düşmən münasibəti - Video

2-04-2021, 10:32   



Bərdəyə kasetli bomba hücumunda yaralanan sakin: "Maraqlanan yoxdur"

Videonun alt yazısı,Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube, 1


Video açılmırsa, YouTube-dan izləyin.

Ötən payız Bərdəyə atılmış kasetli bombadan yaralanmış Arzu Aslanov hələ də canıyla əlləşir, hadisədən 5 aydan çox keçsə də, onun yaraları düzəlmir. Üstəlik, yaralanandan sonra da işini itirib.

Hadisədə ağır yaralanan Arzu Aslanov 3 ay xəstəxanada müalicə alıb, 4 əməliyyat keçirib, bir əməliyyatı da gözlənir.

Amma deyir, qolunun bərpası üçün o, Türkiyədə əməliyyat edilməlidir, bu xərcləri qarşılayacaq maddi imkanları isə yoxdur.


Ötən payız başlamış 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Bərdə şəhəri və onun kəndləri mütəmadi atəş altında olub. Şəhərə bir neçə dəfə raket atılıb.

Bu hücumlardan ən ölümcülü oktyabrın 28-də baş verib. Bomba sakinlərin sıx hərəkət etdiyi mərkəzi küçələrdən birinə düşüb.

Human Rights Watch və Amnesty International təşkilatlarının kasetli bombası kimi təsdiqlədiyi raket hücumunda 20-dən çox sakin ölüb, 40 nəfər yaralanıb. Onlarla mülkə ziyan dəyib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.