Alman nəşri: Putinin müharibə üçün 3 ssenarisi... - Video

6-04-2021, 14:16   




09:08
Rusiya qoşunları Ukrayna sərhədindədir. Toplar körpüdən Rusiyanın işğalı altındakı Krıma aparılır. NATO narahat açıqlamalar verir. ABŞ Prezidenti isə ukraynalı həmkarını Ukraynanın tək olmadığına inandırır. Bütün bunların fonunda yalnız bir sual yaranır: Rusiya Ukraynaya qarşı müharibənin yeni mərhələsini hazırlayır?
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın "Süddoyç Zaytunq" (Süddeutsche Zeitung) nəşrində dərc olunan məqalədə bildirilib. Məqalədə bildirilib ki, ən nikbin cavab Prezident Vladimir Putinin Co Baydeni sınamaq və Kiyevi Viktor Medvedçuka qarşı son hücumuna görə cəzalandırmaq üçün əzələlərini nümayiş etdirməsidir:
"Mümkün olan ikinci bir ssenari Putinin rəsmi olaraq Luqansk və Donetskdəki Rusiya qoşunlarını "sülhməramlı" kimi təqdim edərək hərbi qarşıdurma axtarmasıdır.
Üçüncü ssenari - Kreml işğal altındakı Krıma dəhlizi təmin etmək və eyni zamanda yarımadaya Dneprdən şirin su çıxarmaq üçün hücum hazırlayır".

  • Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.