Ermənilər “İskəndər”i oğurlamaq üçün gizli şəbəkə yaradıb – Rusiya nəşrindən ABSURD İDDİA

7-04-2021, 14:42   
Ermənilər “İskəndər”i oğurlamaq üçün gizli şəbəkə yaradıb – Rusiya nəşrindən ABSURD İDDİA


İkinci Qarabağ müharibəsi dövründə Ermənistan ordusunun “İskəndər-M” raketindən istifadə etməsi ilə bağlı araşdırmalara davam etdirilir.
Anaxeber.info-nun məlumatına görə, bu barədə Rusiyanın “pravda.ru” nəşri yazır.
Müəllif Aleksandr Artamonovun sözlərinə görə, raketin istifadəsi faktı ilə bağlı aparılmış ilkin araşdırmalar nəticəsində müəyyən olunub ki, ixrac üçün qadağan edilən “İskəndər-M” raketi Rusiyanın hərbi anbarlarının birindən oğurlanaraq gizli yollarla Ermənistana gətirilib.
Qeyd olunur ki, Rusiyada Yerevanın güclü hərbi lobbisinin maraqlarına xidmət edən gizli cinayətkar şəbəkə fəaliyyət göstərib və bu şəbəkədən çox böyük ehtimalla baş nazir Nikol Paşinyanın xəbəri olub.
Müəllif vurğulayır ki, müharibənin son günlərində Ermənistan tərəfinin “İskəndər-M” raketindən istifadəsi yalnız bir məqsəd güdürdü: Onlar hər cəhdlə Rusiyanı münaqişəyə cəlb etməyə çalışırdılar. (trend)

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.