Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Qarabağdakı ticarət-iqtisadi əlaqələrin və nəqliyyat yollarının bərpası bölgədə münaqişədən sonrakı yenidənqurmanın və Ermənistanın inkişafının ən vacib hissəsidir.Virtualaz.org bildirir ki, məlumatı “İnterfaks” yayıb.
“Əlbəttə ki, postmüharibə bərpa prosesinin vacib tərkib hissəsi regionda ticari-iqtisadi əlaqələrin və nəqliyyat marşrutlarının bərpasıdır ki, Ermənistan ölkənin inkişafı üçün yeni imkanlar əldə etsin”, - deyə Rusiya lideri Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar zamanı bildirib.
Putin həmçinin qeyd edib ki,
“Ermənistan iqtisadiyyatına yatırılan bütün kapital qoyuluşlarının 40% - i Rusiya mənşəlidir”.Virtualaz.org