İradə Gülməmmədovanın topdağıtmaz sərvəti – Həyat yoldaşının adına olan şirkətlərin siyahısı yayıldı

8-04-2021, 10:12   

 Abşeron rayonunun icra başçısı İradə Gülməmmədovanın həyat yoldaşı Yolçu Gülməmmədov oliqarxların sərvəti ilə müqayisə olunacaq varidata sahibdir. ANAXEBER.info xəbər verir ki, sosial şəbəkələrdə Gülməmmədovun şirkətlərinin siyahısı bu qənaəti yaradır. Həmin şirkətlər aşağıdakılardır: 1) “Vimay” Tibb Mərkəzi 2) “Vimay-Med” klinikası 3) Af-Gen Klinikası 4) Bioloji Təbabət Klinikası 5) “Repose Travel” turizm şirkəti 6) “Nabat” firması təbabət şirkəti 7) “Herbimed” MMC tibb şirkəti 8) “Atash-farm” MMC dərman şirkəti 9) “Harunfarm” MMC dərman şirkəti 10) “İmpuls-M.V.” şirkəti – apteklər şəbəkəsi 11) “İRS Mobil” Mobil telefon alqı-satqı şəbəkəsi 12) “Nigər-Q.S” şirkəti 13) “Bioflora-M.V.” şirkəti 14) “Enerqorenovasiya” MMC şirkəti 15) “Fidanfarma” MMC şirkəti 16) “Planeta” apteklər şəbəkəsi 17) “Bioloji Tənzimləyici Təbabət Mərkəzi” MMC şirkəti 18) Rusiyada “Nabat Med” və “Mirpromtorq” MMC şirkətləri. İradə Gülməmmədova 2015-ci ildən Abşeron Rayon İcra hakimiyyətinin başçısıdır. Bundan əvvəl, o, Abşeronun icra başçısının birinci müavini vəzifəsində çalışıb. İradə Gülməmmədova icra başçısı təyind edildikdən sonra Abşeronda tikinti bumu başlayıb. İddia olunur ki, rayonda tikinti işlərinin vüsət alması İradə Gülməmmədovanın biznes maraqlarından irəli gəlir. Onunla bağlı mediada çoxsaylı tənqidi materiallar dərc edilib. Yerli icra hakimiyyətlərində həbslər başlayanda İradə Gülməmmədovanın da dəmir barmaqlıqlar arasına salınacağı deyilirdi. Amma gözləntilər özünü hələ ki, doğrultmayıb.
ANAXEBER.info 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.