Rusiya Ukrayna ilə sərhədə qoşun yığır, Kyev Qərbdən NATO çətiri istəyir

8-04-2021, 14:36   



Rusiya tanklarıŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Son günlərdə Ukraynanın separatçı Donbas regionu ətrafında Rusiya qoşunlarının hərəkətə gəlməsinə dair xəbərlərlə əlaqədar Kiyev öz silahlı qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirib.Martın sonunda ABŞ-ın The New York Times (NYT) nəşri adı çəkilməyən mənbəyə istinadən, Ukrayna sərhədinin Donbas hissəsində 4000-ə yaxın Rusiya hərbçisinin cəmləşdiyini yazıb.Sosial şəbəkələr Moskvanın Ukrayna sərhədinə yaxın bölgələrə əlavə qoşun göndərdiyindən xəbər verir.

"Rusiya öz silahlı qüvvələrini öz ərazisi daxilində istədiyi yerə göndərir," - həmin xəbərlərə reaksiya verən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Ötən ay Rusiya işğal olunmuş Krımda hərbi təlimlər keçirib.Ukraynanın şərqindəki silahlı separatçılar isə Rusiyanın köməyinə güvənirlər.

Qərb hökumətlərinin bildirdiyinə görə, separatçıların nəzarətində olan Ukraynanın rayonlarında Rusiya öz qoşunlarını yerləşdirib.

Kreml bu iddiaları rədd edir, lakin Donetsk və Luqansk vilayətlərini zəbt etmiş qiyamçılara 2014-cü ilin aprelindən yardım göstərməkdədir.Ukrayna ordusunun komandanı general Ruslan Homçak Rusiyanın Ukraynanın şərq sərhədi boyu təxminən 20-25 minlik hərbi qüvvə cəmləşdirdiyini bildirib.


Yaranmış vəziyyətdə rəsmi Kiyev çıxış yolunu Qərblə əlaqələrin möhkəmləndirilməsində və Ukraynanın NATO-ya üzvlüyü məsələsinin həllinin sürətləndirilməsində görür.


Qərbə və NATO-ya ümid

Ukrayna Prezidenti Volodımır Zelenski ölkəsinin NATO-ya üzvlüyünün "Donbassda müharibənin başa çatması üçün yeganə yol" olduğunu bildirib.

ZelenskiŞƏKLİN MƏNBƏYİ,SOPA IMAGES/LIGHTROCKET VIA GETTY IMAGES

Prezident Zelenski bu fikri aprelin 6-da NATO Baş katibi Jens Stoltenberg ilə telefon danışığında bildirib.Zelenski "alyansın Ukraynanın təhlükəsizliyinə ayırdığı diqqətə görə" Baş katib Stoltenberg-ə təşəkkürünü bildirib və NATO ölkələrini Qara dənizdə təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa çağırıb.

Bu gün Ukrayna Baş nazirinin Avropa və Avroatlantik İnteqrasiya məsələləri üzrə müavini İvanna Klimpuş-Tsinsadze "Ukraynanın, əslində, bu gün NATO-nun şərq istehkamına çevrildiyini" bildirib.

Ötən həftə Zelenski ilə telefon danışığında ABŞ prezidenti Joe Biden rəsmi Washington-un "Ukraynanın suverenliyi və ərazi bütövlüyünü ardıcıl olaraq dəstəkləyəcəyini" təsdiqləyib, Ağ Ev bildirib.

ABŞ Moskvadan Ukrayna ilə sərhədə qoşun toplamasının səbəbini izah etməyi xahiş edib.

Avropa təmkinliyə çağırır

Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozep Borrel bu məsələnin Avropa İttifaqı ölkələrinin XİN başçılarının yaxın günlərdə keçiriləcək sammitində müzakirə olunacağını bildirib. Bu arada Almaniya və Fransa xarici işlər nazirləri Rusiya və Ukraynanı təmkinliyə və gərginliyin aradan qaldırılmasına çağırıblar.

Almaniya hökuməti Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı növbəti addımların hələlik nəzərdə tutulmadığını bəyan edib.Ukrayna isə Donbasla bağlı Minsk danışıqlarında iştirakdan imtina edib: Kiyev bildirib ki, artıq Minsk şəhərini Donbas üzrə Təmas Qrupunun iclasları üçün uyğun meydança saymır.

Ukrayna nümayəndə heyətinin başçısı, eks-prezident Leonid Kravçukun sözlərinə görə, "Rusiyanın öz hərbi manevrlərini keçirdiyi və Rusiyanın təsiri altında olan ölkənin paytaxtı bu məsələnin həlli üçün meydança ola bilməz".

"Bu, yalnız neytral ölkə ola bilər," - Kravçuk "Ukrayna 24" telekanalının efirində bildirib.


Rusiya Donbasdakı qarşıdurmaya müdaxilə etməyi planlaşdırmır, ancaq vəziyyəti yaxından izləyir, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ötən gün Rusiyanın "Kommersant" nəşrinə bildirib. O deyib ki, Rusiya "bu cür planlar hazırlamır".

"Ancaq biz vəziyyəti yaxından izləyirik. Hadisələrin inkişafına əsaslanaraq konkret tədbirlər görüləcək," - Patruşev əlavə edib.

Anaxeber.ino
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.