Putinlə bağlı sensasion iddia: “Atacağı bu addım fəlakət yarada bilər”

9-04-2021, 18:38   
Putinlə bağlı sensasion iddia: “Atacağı bu addım fəlakət yarada bilər”


“Putinin sualtı gəmiləri Böyük Britaniya iqtisadiyyatındə fəlakət yarada bilər”.
Anaxeber.info xəbər verir ki, bu barədə ingilis nəşri “The Sun” yazıb.
İngilis hərbi ekspert Rob Klark qəzetə açıqlamasında Rusiya təhdidinin ehtimal ediləndən də ciddi olduğunu söyləyib.
“Rusiyanın İngiltərənin iqtisadiyyata bağlı olan sualtı rabitəsini kəsə və ya tamamilə məhv edə bilən gizli sualtı gəmiləri var. Bu həyati kabellərə dəyəcək ən kiçik ziyan belə dağıntıya səbəb ola bilər”.
O əlavə edib ki, Rusiyanın nəhəng sualtı gəmisi var:
“Bu, kiçik sualtılarla təchiz edilib. Bu gəmi okeanın dibində gözədəyməz şəkildə hərəkət edəcək şəkildə dizayn olunub. Bu sualtı gəmilərin sualtı kabellərin işini pozmaq üçün hazırlanmış xüsusi manipulyatorlarla təchiz olunduğu iddia edilir”.
Qəzet bildirib ki, İngiltərəni dünya ilə birləşdirən sualtı rabitəsi ölkənin internet trafikinin ötürülməsinin 97 faizindən məsuliyyət daşıyır. Bu səbəbdən bu kabellərin işinin pozulması İngiltərə iqtisadiyyatı üçün fəlakət ola bilər. İngilislər rus ordusunun sualtı kabelləri kəsmək üçün hərbi qüvvələrinə xüsusi təlimlər keçirdiyinə əmindir. (teleqraf.com)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.