Lavrov İranı Qarabağa “gətirir”, yoxsa?.. - Şərh

13-04-2021, 15:46   




Rusiya XİN başçısı Sergey Lavrov Qarabağla bağlı yeni fikir bildirib. Sergey Lavrov bildirib ki, Qarabağ münaqişəsinin nizamlanması məsələsində Rusiya və İran eyni mövqedən çıxış edir. Fikrimcə, Rusiya XİN başçısının bu fikri söyləməsi təsadüfi deyil. Türkiyə və Ukrayna prezidentlərinin görüşündən və imzalanmış bəyanatdan sonra bu fikrin dilə gətirilməsi Türkiyəyə verilən mesaj kimi də dəyərləndirilə bilər.
Bu sözləri Axar.az-a “Atlas” Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov deyib.
Politoloq qeyd edib ki, Rusiyanın məqsədi heç də İranı keçmiş “Dağlıq Qarabağ” münaqişəsi ilə regiona soxmaq deyil, əksinə, İran vasitəsilə Türkiyəyə təzyiq etməkdir:
“Yəni Rusiya keçmiş “Dağlıq Qarabağ” münaqişəsinin yekun həllində İranla ittifaq halında olub, Türkiyəni Ukraynaya verdiyi dəstəkdən çəkindirmək niyyətindədir.
Görünən odur ki, Rusiya belə zəif strategiyalarla Türkiyəyə təzyiq etmək yolunu tutur. Hesab edirəm ki, Rusiyanın Türkiyəyə qarşı tutduğu mövqe Rusiyanın özü üçün problem yarada bilər. Əgər İran Qarabağ məsələsinin yekun həllinə cəlb olunarsa, Rusiya Cənubi Qafqazda nüfuzunu daha da itirə bilər.
Digər tərəfdən, prosesin bu istiqamətdə getməsinə Bakı imkan verməz. Ümumiyyətlə, Kremlin Türkiyəyə təzyiq etmək üçün Qarabağ kartından istifadə etməsi heç də yaxşı seçim deyil. Çünki Azərbaycan indiki halda Türkiyənin regiondan uzaqlaşdırılmasına heç bir halda razı olmaz. Münaqişənin həllində Türkiyə aparıcı rola malikdir. Bu reallığı Kreml düzgün qiymətləndirmir”./Anaxeber.info/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.