Xalqxeber.Az bildirir ki, bölgələrdə baş verən məmur özbaşınalıqları bitib tükənmir. Ölkə rəhbəri nə qədər xəbərdarlıq etsədə bəzi idarə rəhbərləri və “krişa”larına güvənən məmurlar, öz çirkin əməllərinə davam edirlər. İnsanların haqlı şəkildə nazirliklərə üz tutması bəzi məmurlarda qıcıq yaradır və bu zaman həmin kasıb təbəqəyə qarşı əzazil olurlar. Ötən gün Şirvan şəhər sakini redaksiyamıza qarşılaşdığı məmur özbaşınalığı ilə bağlı müraciət etmişdi. Müraciəti zamanı bildirmişdi ki, Şirvan şəhər icra hakimiyyəti başçısının köməkçisi Vasif Əliyev onun pulunu mənimsəmişdir. Əlbətki Vasif Əliyevin bu addımı nəinki şikayətçiyə, hətta bütün şəhər sakinlərinə pis təsir bağışlamışdır. Xüsusilə qeyd edək ki, Vasif Əliyev əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şirvan şəhər şöbəsində müdir vəzifəsində çalışmışdır. Hətta orada işlədiyi dövrlərdə dəfələrlə şəhər sakinləri tərəfindən qınaq obyektinə çevrilmişdir. Belə ki, Vasif müəllimin özünübəyənmiş kimi rəftar etməsi və konkret olaraq rayon sakinlərinə yuxarıdan aşağı baxması ağsaqqallar tərəfindən düzgün qarşılanmamışdır. O zamanlar da rayon ağsaqqalları icra başçısına və nazirliklərə müraciət edərək, Vasif Əliyevin cəzalandırılmasını istəmişdi. Vasif Əliyevin qanunsuz əməlləri barədə Şirvan şəhərində hər kəs danışır. Hətta onun işlədiyi dövrlərdə işində verdiyi ciddi nöqsanlar idarənin nüfuzunu aşağı salmışdır. Əyani sübut kimi deyə bilərik ki, sosial yardımların verilməsində 6 aylıqların saxnanılması və təyinatı üzrə verilməməsi məhz Vasif Əliyev tərəfindən həyata keçirilmişdir. İcra başçısının köməkçisi əvvəllər işlədiyi idarəni bərbad vəziyyətə salaraq, maliyyə nazirliyi tərəfindən yoxlanılmasına gətirib çıxarmışdır. Hətta yoxlamalar zamanı bir çox qanunsuzluqlar aşkarlanmışdır. İcra başçısının müavini Elman Abasova güvənən köməkçi Vasif Əliyev bu məsələdən də sudan quru çıxmağı başarmışdır. İcra başçısının müavini Elman Abasov Vasif Əliyevin çirkin əməllərini ört-basdır etməyə müvəffəq olmuşdur. Elman müəllimin icra başçısının müavini olması sanki Vasif Əliyevə xoşbəxtlik gətirmişdir. Belə ki, Elman Abasov icra hakimiyyəti başçısı Mərdan Camalovdan Vasif Əliyevə görə minnətçi düşmüşdür. Vasif Əliyevin köməkçi vəzifəsinə təyin olunmasında həm icra başçısının müavini, həm də qohumluq əlaqələri olan Elman Abasovun böyük əməyi olmuşdur. Amma nə fayda necə deyərlər “Köhnə hamam, köhnə tas”. Yəni Vasif Əliyev burada da öz korrupsioner və rüşvətxor əməllərinə davam etməkdədir. Artıq Şirvanda şəhər ictimaəti tərəfindən qınaq obyektinə çevrilən köməkçi çıxılmaz vəziyyətdədir. Dəfələrlə icra başçısı Mərdan Camalova Vasif Əliyevin çirkin əməlləri ilə bağlı şəhər sakinləri tərəfindən müraciət olunmuşdur. Araşdırmalarımız zamanı məlum oldu ki, icra başçısınn görüşünə gələn rayon sakinləri Vasif Əliyevi “görüm-baxım” eləməsə başçı ilə görüşə bilməz. Köməkçi müəyyən bəhanələr gətirərək icra başçısının yerində olmadığını və yerində olarsada əsəbi halda olduğunu qeyd edir. Əlbət ki, bu da Vasif Əliyevin pul qazanmaq siyasətidir. İcra başçısının Vasif Əliyevlə bağlı heç bir ciddi addım atmadığını görən şəhər ağsaqqalları Prezident Aparatına müraciət etməyi planlaşdırırlar. Yaxın günlərdə Vasif Əliyevin bundan başqa çirkin əməlləri ilə bağlı geniş məlumat verəcəyik. Bizi izləyin... Bütün hallarda Vasif Əliyevin mövqeyini dərc etməyə hazırıq... Yaxın günlərdə icra başçısının köməkçisi Vasif Əliyevin hər məktəb direktoruna öz şəxsi vəsaitləri hesablarına 100 kisə sement alınaraq, Heydər Əliyev Fondu tərəfindən inşa olunan Uşaq Bağçasına göndərilməsi ilə bağlı göstərişlər verməsindən söhbət açacağıq. Hətta Uşaq Bağçasına məktəb direktorları tərəfindən alınan 100 kisə sementin nəyə görə 30 ədədi tikinti gedən ünvana yerdə qalan hissəsi isə Vasif Əliyevin xüsusi göstərişi ilə icra hakimiyyətinin həyətinə boşaldılması ilə bağlı sizləri məlumatlandıracağıq.