Jirinovskidən şok: Ərdoğan Qarabağda bizə mane olur! - Video

15-04-2021, 11:35   




09:13
Onu (Rəcəb Tayyib Ərdoğan – red.) sakitləşdirməyin vaxtı gəlib. Şərqin yalanını göstərmək üçün təcili olaraq “Çingiz xandan Ərdoğana” adlı broşürlar buraxmaq lazımdır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Ərdoğanın Krımla bağlı açıqlamasını şərh edərkən deyib.
“Bir əlində gül, kökə verirlər, digər əldə isə xəncər, əyri xəncər (tiyəsi əyri qılın tarixdə türk qılıncı kimi tanınır - red.)... Ərdoğan Liviya, Suriya, Azərbaycan və Ukraynada Rusiyanın “fırlanan çarxını” dayandırır. O, Ukrayna, Liviya və Qarabağda bizə mane olur”, - deyə Jirinovski bildirib.
Partiya lideri əlavə edib ki, Türkiyənin digər ölkələrə yerləşdirdiyi silahlardan dolayı Rusiya əsgərləri ölür.
Qeyd edək ki, burada Jirinovskinin Kremlin açıqlamasını “unutduğu” aydın görünür. Belə ki, rəsmi Moskva Ukrayna və Liviya münaqişəsi ilə əlaqəsinin olmadığını açıqlamışdı.
Üstəlik, Rusiya hökumətinin dünyanın dörd bir yanına silah satdığı və bundan dolayı minlərlə günahsız körpənin öldüyü heç kimə sirr deyil. Görünür, bunlar da irqçi partiya liderinin "yadına düşməyib".

  • Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.