Xəbər verdiyimiz kimi, Ermənistan Prezidenti Armen Sarkisyanın Gürcüstanda səfərdədir. O, səfəri çərçivəsində diplomatik qalmaqala səbəb olacaq hadisəyə imza atıb.Cebhe.info xəbər vərir ki, Ermənistan Prezidenti "Fəxri qonaqlar" kitabına ürək sözlərini yazıb və altında əli ilə Türkiyə ərazisində yerləşən Ağrı dağının rəsmini çəkib. Beləliklə də, Ermənistanın Türkiyə ərzisinə iddasını rəsmi səviyyədə bir daha ortaya qoymuş olub.
Bundan sonra Gürcüstan Prezidenti Salome Zurabişvilinin erməni həmkarının yazdığı mətni və fotonu sosial şəbəkə hesabında paylaşıb. O, paylaşımında erməni və gürcü xalqlarının dostluğundan bəhs edib.
Ancaq iki ölkə prezidentinin bu hərəkəti diqqətlərdən yaıynmayıb. Xüsusilə Ermənistan Prezidentinin Ağrı dağının fotosunu paylaşması siyasi qalmaqal hesab olunur.
Gürcüstan Prezidentinin isə ya bilərəkdən, ya da mahiyyətə diqqət yetirmədən həmin rəsmi paylaşması maraqlıdır.
Hələlik məsələyə Türkiyədən mövqe bildirilməyib.
XəzərAnaxeber.info