İrandan Türkiyəni QƏZƏBLƏNDİRƏCƏK HƏMLƏ: Ruslar çıxdı...

17-04-2021, 12:29   


İrandan Türkiyəni QƏZƏBLƏNDİRƏCƏK HƏMLƏ: Ruslar çıxdı...
Suriyanın Təl-Rıfat bölgəsindən çıxan Rusiya qoşunlarının yerinə İran ordusu (SEPAH) yerləşib.
Anaxeber.info Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Nəşr bildirib ki, İran tərəfindən dəstəklənən “Həşd əş-Şabi” terrorçuları isə Sincarda yerləşdirilib.
İrana bağlı “Əsaib Əhlil Haqq” radikal qrupunun lideri Qeys Qəzali, Hizbullahın liderlərindən biri Hüseyn Həmdəvi və “Həşd əş-Şabi”nin hadi əl-Əmiri Sincarla bağlı Türkiyəni təhdid edərək, hücuma keçəcəyi mesajlarını veriblər.
Bir yüksək vəzifəli türkiyəli hərbçi qəzetə 2018-ci ildə Təl-Rıfatda keçirilməsi planlaşdırılan hərbi əməliyyatların bütün hazırlıqlarının tamamlandığını, amma İranın buna mane olmasından sonra təxirə salındığını bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.