Dünyanın 70-dən çox tanınmış siması Rusiya Federasuyasının prezidenti Vladimir Putinə məktub yazaraq ondan müxalif siyasətçi Aleksey Navalnının zəruri tibbi xidmətlə təmin olunmasını istəyiblər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, açıq müraciət Avropanın “Le Monde”, “The Economist”, “Der Spiegel”, “Politiken”, “La Repubblica” kimi aparıcı qəzet və jurnallarında yayımlanıb.
“Cənab prezident, biz sizdən Aleksey Navalnıya səriştəli tibbi konsultasiyanın və müalicənin dərhal təqdim olunması xahişi ilə müraciət edirik. Hər bir Rusiya vətəndaşı kimi onun buna tam haqqı çatır”,-deyə sənəddə bildirilir. Məktub müəllifləri Rusiya dövlət başçısına ölkə prezeidenti olaraq qanunun ali təminatçısı olduğunu da xatırladıblar.
Bundan başqa, məktubda Aleksey Navalnının saxlanıldığı Pokrovski islah düşərgəsinin Rusiyada ən sərt rejimli cəzaçəkmə müəssisəsi olduğu vurğulanır. Məlum olduğu kimi, hazırda müxalif siyasətçidə ağır nevroloji pozğunluğun klinik əlamətləri başlayıb. Bu isə onda güclü bel ağrılarına, əl və ayaqarını hiss etməməsinə gətirib çıxarıb.
Yazıda Aleksey Navalnının ona istədiyi həkim gətirmək tələbinin rədd edildiyi, buna görə də onun ölüm aclığına başladığı vurğulanıb.
Məktubu imzalayanlar arasında rejissor Cey Cey Abrams, Nobel mükafatı laureatları Svetlana Aleksiyeviç, Con Maksvell Kutzee, Luiza Qlük, Herta Müller, Orxan Pamuk, yazıçılar Coanna Roulinq, Maykl Kanningem, Nil Geyan, Mark Levi, Ameli Notomb, Salman Rüşdi, Tom Stoppard, Maykl Ontatce, aktyorlar Benedikt Kimberbetç, Devid Duxovnı, Reyf Fayns, Stiven Fray, Cud Lou, Yen Makkelen, Bill Nayi, Vanessa Redqreyv, Kristin Skott Tomas, ABBA qrupunun üzvü Börn Ulveus kimi isimlərə rast gəlinir.
Musavat.com