Bakıdan gedən Lukaşenkonu öldürtmək istəyiblər:“Məni və övladlarımı ...”

18-04-2021, 09:20   



Belarus prezidenti Aleksandr Lukaşenko özünün və övladlarının həyatına sui-qəsd planlaşdıran bir qrupun həbs olunduğunu bəyan edib. Belarus prezidentinin sözlərinə görə, saxlanılanlar ABŞ xüsusi xidmət orqanları ilə əlaqəlidirlər. Lukaşenko jurnalistlərə bildirib ki, sui-qəsd planı böyük ehtimalla - Mərkəzi Kəşfiyyat İdarəsində hazırlanıb: "Onların Minskə gəlmək və mənim və uşaqlarımın həyatına qəsd təşkil etmək istəklərini aşkar etdik". Prezident deyib ki, saxlanılan qrup qəsdin necə planlaşdırdıqlarını açıqlayıblar. 
Belarus tərəfi bu məsələ ilə bağlı “Rusiya və digərlərinə” də ayıq-sayıq olmaq barədə xəbərdarlıq edib. "Allah qorusun, belə bir hadisə baş verərsə, cavabı sərt olacaq" deyə, Lukaşenko bəyan edib. 
Bu arada Rusiya Federal Təhlükəsizlik Xidməti də Belarusda hərbi çevriliş hazırlayan və Lukaşenkonun “aradan götürülməsi”ni planlaşdıran iki nəfərin həbs olunduğunu bəyan edib. Məlumatı FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzi rəsmən açıqlayıb.  
“Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti Belarus Respublikası Dövlət Təhlükəsizliyi Komitəsi ilə birlikdə xüsusi əməliyyat nəticəsində ABŞ və Belarus vətəndaşı olan Yuri Leonidoviç Zyankoviçin qanunsuz fəaliyyətini aşkar edib. Məlum olub ki, Yuri Zyankoviç Belarus Respublikası vətəndaşı Aleksandr İosoviç Feduta ilə "yerli və Ukrayna millətçilərinin iştirakıyla ölkədə hərbi çevriliş vasitəsilə Lukaşenkonun fiziki olaraq aradan götürülməsini planlaşdırıblar” deyə, TASS FTX-ya istinadən məlumat yayıb.   
FTX-nın verdiyi məlumata görə, çevriliş Minskdə 9 May Qələbə Günü paradında planlaşdırılıb. Zyankoviçin ABŞ və Polşada məsləhətləşmələr apardıqdan sonra Moskvaya gəlib. O, burada Belarus Silah Qüvvələrini yerli və Ukrayna millətçilərinin iştirakı ilə çevrilişə qatılmağa inandırmaq üçün görüşməli imiş. 
Belarus Dövlət Təhlükəsizlik Xidməti  Belarus Xalq Cəbhəsi Partiyasının lideri Qriqori Kostusevin və Fedutanın həbs edildiyini təsdiqləyib. 
Feduta 1994-cü ildə Lukaşenkonun prezident kampaniyasında onun təbliğatını aparıb və sonra ilk mətbuat katibi olub.Lakin daha sonra müxalifətə qoşulub.
2010 seçkilərində Feduta Lukaşenkonun rəqibi şair və ictimai xadim Vladimir Neklyayevin seçki kampaniyasına rəhbərlik edib. Seçkilərin ertəsi günü həbs edilib və sonda iki illik şərti cəza alıb. 
Orxan Əliyev, 
Musavat.com 



Instagram
Bizim Instagram kanalımıza abunə olun

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.