Rusiyadan Qarabağla bağlı SON DƏQİQƏ AÇIQLAMASI: 18 apreldə...

19-04-2021, 10:18   



“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.

Bu, Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin aprelin 18-nə olan fəaliyyəti ilə bağlı məlumatında bildirilir.
“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.
Atəşkəs bütün təmas xəttində müşahidə olunur” – açıqlamada deyilir.
Məlumata görə, Rusiya sülhməramlıları bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yeddi karvanını müşayiət edib:
“Dördü şimal və cənub istiqamətində Laçın dəhlizindən, bir karvan Şuşa – Qırmızı Bazar - Qacar marşrutu boyunca və ikisi əks istiqamətdə”.
Bildirilib ki, Rusiya sülhməramlı kontingentinin nümayəndələri Xankəndidəki Rusiya Humanitar Missiyası ilə birlikdə yerli sakinlərə kömək məqsədilə dörd humanitar aksiya keçiriblər.
“Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər.
Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Gün ərzində 5 hektar ərazi, 1 km yol təmizləndi, 7 partlayıcı maddə tapıldı. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 20 sosial ərazi, 620 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1716 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 25 580 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib”, - deyə Rusiya MN-dən bildirilib.
Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq istiqamətində səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır./musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.