Rusiya və Çexiya arasında vəziyyət kəskinləşdi - "SƏRT CAVAB VERİLƏCƏK"

19-04-2021, 11:01   



Çexiya Rusiyanın 18 diplomatını ölkədən qovduqdan sonra 20 çex diplomat arzuolunmaz şəxs elan edilib və onlara Rusiyanı tərk etmələri üçün bu günün sonuna qədər vaxt verilib.

Redaktor.az xəbər verir ki, Rusiya və Çexiya arasında siyasi böhran getdikcə şiddətlənir. Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Çexiya diplomatlarına günün sonuna qədər vaxt verildiyi öz əksini tapıb. Həmçinin, Rusiyanın Çexiyaya rəsmi şəkildə etiraz göndərdiyi qeyd olunub.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qatıldığı proqramda ölkəsinin Çexiyaya verəcəyi cavabı tezliklə elan edəcəyini bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.