Sursat anbarında partlayış: GRU-nun məqsədi Ukraynaya sursat verilməsini əngəlləmək idi...

20-04-2021, 08:47   


Çexiya hökuməti 2014-cü ildə ölkənin Vrbetitsa vilayətində, sursat anbarlarında baş vermiş partlayışların Rusiyanın Baş Kəşfiyyat İdarəsi tərəfindən təşkil edildiyinə dair yeni təfərrüatlar açıqlayıb. Xəbər verildiyi kimi ötən şənbə günü, bu partlayışlardan 7 ilə yaxın vaxt keçdiyi bir vaxtda  Çexiya hökuməti hadisəni Rusiya kəşfiyyatının təşkil etdiyini açıqlayıb. GRU və Xarici Kəşfiyyat Xidməti (SVR) əməkdaşları olduqları bildirilən 18 rusiyalı diplomat ölkədən xaric edilib.

Daxili işlər naziri və birinci vitse-premyer Yan Qamaçek bildirib ki, əslində Rusiya kəşfiyyat xitmətləri həmin partlayışları Çexiya ərazisində törətməli deyildi. Sursat əslində Bolqarıstana nəql olunandan sonra partladılmalı idi. İstintaqın versiyasına görə, 67 yaşlı bolqarıstanlı silah taciri, “Dunarit” silah şirkətinin sahibi Emilian Qebrev Çexiyadan həmin sursatın alınmasında iştirak edib. Bir il sonra Qebrev “Noviçok”la zəhərlənib, amma sağ qalıb.
Qamaçek deyib ki, partlayışlarda GRU əməkdaşları Aleksandr Petrovun və Ruslan Boşirovun  əli olduğu müəyyən edilib. Onların GRU əməkdaşları olduqları Britaniyanın Solsberi şəhərində keçmiş rusiyalı kəşfiyyat polkovniki Sergey Skripalın və qızının zəhərlənməsindən sonra üzə çıxıb.
Çexiya mətbuatı yazır ki, Emilian Qebrev həmin sursatı Ukraynaya göndərmək üçün almışdı. Lakin biznesmenin pulunu ödədiyi və daşıyıb Bolqarıstana aparmağa hazırlaşdığı sursat partladılıb, bu zaman iki nəfər həlak olub.

Çexiya xüsusi xidmət orqanlarının bu iş üzrə materialları bu gün martın 19-da hökumət üzvlərinə təqdim edilməliydi. Daha sonra materiallar Avropa İttifaqının xarici işlər nazirlərinin müzakirəsinə təqdim ediləcək.
Qeyd edək ki, bir neçə il əvvəl Ukraynanın özündə də sursat anbarlarında seriya partlayışlar baş verib, nəticədə Ukrayna ordusunun sursat ehtiyatlarının xeyli hissəsi məhv edilib.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.