ABŞ Prezidenti Co Baydenin 24 apreldə prezidentlər üçün ənənəvi çıxışını edəcək.Hazırda bütün diqqətlər Baydeninin çıxışında hansı bəyanatları verəcəyinə yönəlib. Xüsusi gözləntilər isə Baydenin qondarma erməni soyqırımı ifadəsini işlədib- işlətməyəcəyii ilə bağlıdır.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu çıxışında ABŞ Prezidentini bu ifadəni işlətməkdən çəkinməyə çağırıb. Çavuşoğlu əlavə edib ki, belə bir ifadə ABŞ-Türkiyə münasibətlərinə mənfi təsirini göstərər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bu gün bəyanat yayaraq deyib ki, ABŞ-ın yeni Administrasiyası tərəfindən belə bir addım atılacaqsa, bu, tarixi səhv olacaq:
“Qondarma və saxta erməni soyqırımı ilə bağlı Azərbaycanın qəti və birmənalı mövqeyi hər kəsə bəllidir. Azərbaycan həmişə qondarma erməni soyqırımının tanıdılması cəhdlərinin əleyhinə olub. Qondarma erməni soyqırımının tanınması tarixi saxtalaşdırmaqdır. Tarix tarixçilər tərəfindən araşdırılmalıdır. Bu halın baş verəcəyi təqdirdə, Azərbaycan qəti şəkildə onu qınayacaq. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Türkiyəyə qarşı olan addım Azərbaycana qarşıdır və Azərbaycana qarşı olan hər hansı addım da Türkiyəyə qarşıdır. Ümid etmək istərdik ki, ABŞ Administrasiyası tarixi səhvə yol verməyəcək”.24 aprel üçün gözləntilər nədir? Bayden “soyqırım” ifadəsini işlədəcəkmi?Politoloq Elxan Şahinoğlu
Cebhe.info-ya açıqlamasında Bayden üçün iki variant olduğunu deyib:
“Bayden ya sabiq prezident Barak Obama variantından istifadə edəcək. Çünki Obama da kampaniya dönəmində erməni lobbisindən istifadə etdi, amma prezident seçiləndə “soyqırım” sözünü işlətmədi. Baydan ya bu variantdan istifadə edəcək, ya da “soyqırım” ifadəsi işlədəcək. Gələn xəbərlərə görə, Bayden bu ifadəni işlətməyə həvəslidir. Bu haqda ABŞ-ın nüfuzlu “Nyu York Times” qəzeti, CNN kanalı reportajlar yayımlayıb. Amma düşünürəm ki, artıq bu məsələdən qurtulmaq lazımdır. Hər ilin aprel ayında Türkiyə və Azərbaycanda beyinlərimizi yoruruq ki, deyəcək- deməyəcək? Yəni desə nə dəyişəcək? Desə, Türkiyə ilə münasibətlər pisləşəcək. Bəzi ölkələrin prezidentləri, parlamentləri qondarma soyqırımı tanıyıblar, nə dəyişib? Türkiyəyə böyük bir xələl gəlibmi? İtirən yenə ABŞ olacaq”.Elxan Şahinoğlu əlavə edib ki, ABŞ bu addımı atarsa, bölgənin iki açar dövlətini itirəcək:
“Hikmət Hacıyev də haqlıdır ki, bu məsələ təkcə Türkiyə ilə deyil, eyni zamanda Azərbaycanla münasibətlərə də kölgə salacaq. ABŞ bunu anlamalıdır. Bölgənin iki açar dövləti olan Azərbaycan və Türkiyədir. Bayden bu addımı atsa da, bu, Türkiyəyə elə problem olmayacaq. Bəzən Türkiyəyə qarşı təzminat məsələsini gündəmə gətirirlər, bunlar hamısı boş söhbətlərdir. Türkiyəni kimsə qondarma soyqırımı tanımağa məcbur edə bilməz”.Vilayət Muxtar
Cebhe.info